Küçə etirazlarının lideri Quaydonun 70 hərbçisi tərki-silah olunub – Araşdırma

Küçə etirazlarının lideri Quaydonun 70 hərbçisi tərki-silah olunub – Araşdırma
Yevgeni Krutikov

vzqlyad.ru, 30.04.2019


Venesuelada özünü "prezident” elan etmiş Xuan Quaydonun tərəfdarları hakimiyyəti güclə ələ keçirməyə çalışıblar. Hətta car çəkilib ki, "ordu düzgün seçim edib”, yəni Quaydonu dəstəkləmək və ölkənin qanuni lideri Maduronu devirmək niyyətindədir. Lakin qiyam cəhdi sonda baş tutmayıb. Bu, necə və niyə baş verib?

Yerli vaxtla, haradasa, səhər saat yeddidə Venesuelada qiyam cəhdi baş verib. Ozünü "prezident” elan etmiş və ABŞ-ın tanıdığı Xuan Quaydo Kolumbiya səfirliyindən La-Karlota avibazası bölgəsinə gəlib və formalı adamlarn əhatəsində ""Azadlıq” əməliyyatının final mərhələsi”nin, yəni onun terminiylə, "diktaturadan qurtulmağın” başlandığını bildirib. Hərbçilər 70 nəfərə yaxın olub, onlar hansısa cəbbəxananın silahını əldə edib, bundan sonra Miraflores prezident sarayına soxulmağa çalışıblar, amma Altamir avtoyolayrımında mühasirəyə alınıblar. Onlar həmin vaxt Leopoldo Lopesi – yerli liberal çevrələrdə populyarlığa görə Xuan Quaydonun Barak Obama xarizmasını dəfələrlə üstələyən əsas müxalifət liderini ev dustaqlığından azad etməyə nail olublar.

Altamir yolayrımında mühasirəyə alınan qiyamçı hərbçilər bir neçə saatdan sonra gözyaşardıcı qazlı qumbaralarla atəşə tutulub və nəticədə tərki-silah olunublar. Xuan Quaydo bu ana qədər deməyə macal tapıb ki, "ordu düzgün seçim edib”, yəni guya onun tərəfinə keçib və Karakas sakinlərini sosial şəbəkələr üzərindən La-Karlota aviabazasına gəlməyə çağırıb. Quaydo habelə ölkənin bütün hərbçilərini küçələrə çıxmağa və prezident Maduronu devirməyə çağırıb ki, bunu da birbaşa hərbi çevrilişə çağırış kimi dəyərləndirmək olar. Venesuelanın bəzi məmurları qonşu Kolumbiyanı hərbi qiyam törətməkdə suçlayıblar.

Venesuelanın informasiya naziri Rodriges bildirib ki, "hərbçilər qrupu”nun zərərsizləşdirilməsi üçün əməliyyat keçirilir. Müdafiə naziri general-anşef Vladimir Padrino Lopes təsdiqləyib ki, kazarmalarda durum bütünlükdə sakitdir, Quaydonun tərəfinə keçən hərbçiləri isə "satqın” və "qorxaq” adlandırıb. Huaydo hələ Amerika KİV-lərinə bir neçə saatlıq müsahibədə iddia edib ki, "hərbçilərin çoxu” onun tərəfinə keçib, amma gerçəklik bunu heç cür təsdiqləməyib.

Qiyam günortaya doğru boğulub, yalnız kiçik bir qrup ağ sarıqlı gənc aeroportun  hasarını sındırmağa çalışıb. Bir az sonra kütlə böyüyüb, amma bu, hərbi çevrilişə heç cür bənzəməyib.

La-Karlota – yalnız təmtəraqlı adına görə aviabazadır. Əslində, bu, generalissimus Fransisko de Miranda adına Karakas beynəlxalq aeroportunun bir hissəsidir. Orada hava-tibb hissəsi yerləşir və bazanın ərazisi daha çox konset meydançası kimi istifadə olunur. La-Karlotada çıxış etmiş yerli və dünya rok ulduzlarının (Şakiradan Culiana Marli və UB4-a qədər) uzun siyahısı var, amma La-Karlotada heç bir hərbi hissə yoxdur. Quaydo və amerikalıların yarımildə gerçək döyüş bölmələrini deyil, əsasən arxa cəbhə hissələrini və karyera perspektivi olmayan zabitləri öz tərəflərinə çəkdikləri haqda qabaqkı ehtimallar bunu dolayısı ilə təsdiqləyir.

Qərb KİV-ləri bir az sonra yerinə yetirilən borc duyğusu ilə bildirməyə başlayıb ki, "Venesuelanın birinci generalı”, Venesuela HHQ-nin "strateji” adlandırılan qərargahının rəisi, sosial şəbəkələrdə bəyanatla çıxış edən Fransisko Yanes Rodriges Quaydonun tərəfinə keçib. Amma iş burasındadır ki, general Rodriges hələ yanvarda Quaydonun tərəfinə keçib, bundan sonra gizlənib, oradan da yayım edir. Ölkənin HHQ-də onu çoxdan satqın elan ediblər. Bundan başqa, qoşunların "strateji qərargah” növü bir zamanlar fəxri istefa və yararsız, ya da perspektivsiz zabitlərin uzaqlaşdırılması forması kimi yaradılıb. Bu, MKİ-nin "orduda dayaq” aradığı məhz həmin kontingentdir. "Strateji qərargahlar” döyüş hissələrinin gerçək idarə edilməsinə qatılmır.

Başqa sayaq deyilsə, qarşımızdakı qiyamın hələ bu ilin yanvarında səsləndirilmiş əski planını həyata keçirmək cəhdidir. La-Karlota bazası onun mərkəzində qalır. Miraflores prezident sarayı və Karakas ətrafındakı hərbi bazalar daxil olmaqla ölkədə hakimiyyəti üç günə ələ keçirmək təklif olunurdu. Hadisələrin mexanikası dəyişilməyib.

Ciddi deyilsə, bu hətta hərbi çevriliş cəhdi də deyil, çox məhdud güclə qiyamdır. Bu, Quaydo tərəfindən isə həm də yanlış startdır. Görünür, kimsə onu inandırıb ki, hərbçilər onun tərəfinə keçə bilərlər. Quaydo nədənsə güc sonluğuna təşəbbüs edir.  Ya onun əsəbləri dözmür, ya da kimsə onu hadisələrin belə inkişafına itələyir. İstənilən halda yüzdən az arxa cəbhə hərbçisinə güvənmək ""Azadlıq” əməliyyatının final mərhələsi” deyil, son dərəcə mənasız axmaqlıqdır.

Quaydonun özü hələ dünən Maduroya qarşı "ən böyük mitinq” elan etmişdi ki, bu da "üç günə çevriliş” taktikasına sığır. Bu günki hadisələr birinci gün olmalıydı. Quaydo sabah isə Karakasda kütləvi nümayiş təşkil etməyə hazırlaşır.

Burada yada salmaq gərəkdir ki, Latın Amerikasında həyat, ən azı, günorta başlanır, səhər saat yeddidə və ya doqquzda isə hansısa kütləni yığmaq gerçək deyil. Karakasın La-Karlotaya bitişik bölgələrinin sakinləri atışmanı eşidərək uşaqları məktəbə buraxmamağı qət edib və özləri küçəyə çıxmayıblar, belə ki, etirazın hansısa kütləviliyindən söz də getmir.

Özəlliklə məhz buna görə güman etməyə əsas var ki, Karakas sakinlərinin çoxu bir-iki il qabaq olduğu kimi zorakı işlərə qatılmaq istəmir və münaqişənin dinc həllinə ümid bəsləyirlər. Adamlar Karakasda küçə toqquşmaları zamanı bir neçə adamın ölümünə gətirən 2014-cü il hadisələrini bir də istəmirlər, ordu isə prezident Maduroya sadiqlik sərgiləyir, bugünkü hadisələr də bunu təsdiqlədi. Və yarımillik pərdəarxası sövdələşmə, MKİ və kolumbiyalıların fəallığı müqabilində.

… Beləliklə, Maduro hökuməti aprelin 30-da axşama doğru durumla sübut edib ki, bu sayaq yanlış startların öhdəsindən təkbaşına gəlməyi bacarar. Məsələ bundadır ki, 1 may hadisələri necə olacaq və Quaydo və Lopes həbs olunacaqmı? Çünki Vaşinqton Quaydonun ünvanına məıhz zorakılıq hərəkətini növbəti "qırmızı cızıq” elan edib. Amma onun özü araya soxulur. Bəlkə, plan budur?

Tərcümə Strateq.az-ındır.

OXŞAR XƏBƏRLƏR

Vaksinasiyadan kənarda qalan uşaqlara bağlı əmr İMZALANDI

Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulacaq.   Sfera.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.   ...

“Kontakt”da 50%-dək endirimli “Sürpriiiiz” kampaniya var

“Kontakt” sərfəli təklif və şərtləri ilə öz alıcılarını bu dəfə bir başqa cür təəccübləndirir.   Bayram endirimləri bitsə də, şəbəkənin e...

Rabitəbank müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

Rabitəbank müştərilərinin rahatlığını təmin etmək və xidmətlərini daha da əlçatan etmək məqsədilə biznes hesablarının açılması qaydasını asanlaşdırıb. Belə ki, ...

"Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoyub" - Vüqar Bayramov

“2023-cü ildə Hesablama Palatası fəaliyyətinin keyfiyyətində yeni mərhələyə qədəm qoya bilib”. Sfera.az xəbər verir ki, bunu Milli Məclisin bug...

Şahzadə Harri ABŞ sakini olduğunu TƏSDİQLƏDİ

Britaniya şahzadəsi Harri rəsmi sənədlərdə yaşayış yerini ABŞ olaraq dəyişdirib. Bununla da, onun ABŞ sakini olduğu rəsmi olaraq təsdiqlənib.   Sfera...

Milli Məclisdə Hesablama Palatasının 2023-cü il üzrə hesabatı təqdim edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında Hesablama Palatasının 2023-cü ildəki fəaliyyəti ilə bağlı hesabat müzakirəyə çıxarılıb.   Sfera.az x...