KTMT sərhəddə yaranan vəziyyətlə bağlı təcili iclas keçirəcək

KTMT sərhəddə yaranan vəziyyətlə bağlı təcili iclas keçirəcək
 

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Azərbaycan və Ermənistan arasında sərhəddə yaşanan gərginlik səbəbindən təcili iclas çağırıb.

Sfera.az  xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb. Məlumatda qeyd olunub ki, KTMT baş katibi Stanislav Zas Yerevan və Bakı arasında yaşanan gərginlik səbəbindən bu gün daimi şuranın təcili iclasının keçirilməsi təşəbbüsü ilə çıxış edib.

"İyulun 12-də Tovuz istiqamətində baş verən toqquşmalar nəticəsində Ermənistan - Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi səbəbindən KTMT baş katibi Stanislav Zas iyulun 13-də KTMT Daimi Şurasının təcili iclasının təşəbbüsü ilə çıxış etdi",-deyə təşkilatın mətbuat xidmətinin açıqlamasında bildirilib.

Qeyd edək ki, KTMT 1992-ci il mayın 15-də Özbəkistan paytaxtı Daşkənddə imzalanmış müqavilə əsasında yaradılıb. Qurumun hazırkı üzvləri bunlardır: Rusiya, Qazaxıstan, Qırğız Respublikası, Belarus, Ermənistan və Tacikistan.


OXŞAR XƏBƏRLƏR

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...

Kanye Uest öz fantaziyası ilə ictimaiyyəti ŞOKA SALDI

Daim çıxışları və hərəkətləri ilə hər kəsi şoka salan reper Kanye Uestin adı bu dəfə növbəti qalmaqala qarışıb. Hələ bu yaxınlarda əkiz qardaşlarla davanın skan...

Bu halda saçınızın tökülməsi normal sayılmır - Ekspertdən keçəlliklə bağlı TEST

Həyatın müəyyən dövrlərində hər kəs həddindən artıq saç tökülməsi ilə qarşılaşa bilər.   Sfera.az bildirir ki, rusiyalı həkim Tatyana Şapovalenko tərəf...