Körpələri dilənçiliyə cəlb edən dəstənin Bakı sərgüzəştləri: “Uşağın birini aparıb, başqasını...”

Körpələri dilənçiliyə cəlb edən dəstənin Bakı sərgüzəştləri: “Uşağın birini aparıb, başqasını...”

 

"Şəhərin bir çox yerlərində, xüsusilə tıxacların yarandığı dairələrdə və küçələrdə uşaqlar dilənçiliyə cəlb edilir”.

 

Sfera.az-ın məlumatına görə, keçmiş millət vəkili Ceyhun Osmanlı bununla bağlı paytaxtda rastlaşdığı konkret hadisəni təsvir edərək, Məhəmməd Naxçıvani küçəsində dəfələrlə müşahidə etdiyi olayın təfərrüatlarından bəhs edib:

 

"2 xanım günün ayrı-ayrı saatlarında dilənçilik edir və insanların duyğularına daha da təsir etmək üçün qucaqlarında uşaq tutaraq bu əməli həyata keçirirlər. Bəzən bunları "koordinə edən" şəxslər bir uşağı aparıb, başqa uşağı gətirirlər. Xüsusilə Məhərrəm ayı, Ramazan ayı kimi aylarda bu qadınlar insanların dini hisslərinə təsir etmək üçün baş örtüsündən istifadə edirlər. Dəfələrlə bu qadınlara iş təklif edən insanlara rast gəlmişəm, amma onlar dilənçiliyə üstünlük verib və bunu edərkən də azyaşlı uşaqları istismar etməkdən çəkinmir...”.


 

Ceyhun Osmanlı üzünü əlaqədar qurumlara tutaraq bildirib ki, hansısa şəxsin açıqlamasından sonra bu məsələyə şou kimi yanaşmaq əvəzinə, gündəlik işlərinin tərkib hissəsi kimi baxsalar yaxşı olardı.

 

Rəşad

Sfera.az


OXŞAR XƏBƏRLƏR