Körpələrdən niyə qəşəng iy gəlir? - Elmi səbəbi açıqlandı
14:59 / 29.04.2019
3044
Körpədən xüsusi, heç bir qoxuya bənzəməyən xoş iyi gəlir. Alimlər bu qoxunun elmi açıqlamasını tapıblar.
Körpələr dünyaya gələrkən steril və mikrobsuz olurlar. Ancaq qısa müddətdə ağız, burun, genital bölgələr mikroblar tərəfindən işğal edilir. Bu mikroorqanizmlər "infeksiya" deyil. "Flora" kimi tanınır və xeyirli bakteriyalardan yaranır.
Bu bakteriyaların məqsədi qorumaqdır və özlərinin xüsusi qoxusu var. İnsan steril canlı olmadığı üçün hər bədənin özünün xüsusi qoxusu var. İnsan həyatında bədənin qoxusuz dönəmi isə körpəlik vaxtıdır.TurpKimi.com