“Krizis menecmenti zamanı ölkə başçısı və dövlət qurumlarımızın mövqeyi çox möhkəm və peşəkardır” — Şahin Seyidzadə

“Krizis menecmenti zamanı ölkə başçısı və dövlət qurumlarımızın mövqeyi çox möhkəm və peşəkardır” — Şahin Seyidzadə
 "Bildiyiniz kimi artıq 27 aprel tarixindən karantin rejiminin ilk yumşaldılma prosesinə başlanılıb və bu proseslər daxilində əlbəttə ki, statistikalar gözdən keçiriləcək, araşdırmalar aparılacaqdır. Bu araşdırmaların nəticəsindən asılı olaraq vəziyyətə uyğun karantin rejiminin növbəti yumşalma prosesləri ilə bağlı qərarlar veriləcəkdir”.
 

Bunu "olke.az”a açıqlamasında  deputat  Şahin Seyidzadə deyib.

Onun sözlərinə görə, son günlərdə biz statistik rəqəmlərin optimist olduğunu görə bilərik. "Yəni ölkəmizdə ilk günlərdən cənab Prezident İlham Əliyevin göstərişi ilə atılan addımlar, görülən tədbirlər nəticəsində koronavirusun yayılmasının qarşının alınması mübarizədə ilkin müsbət nəticələr əldə etdik. İzolyasiya tədbirləri, sərhədlərin təhlükəsizliyin təmini üçün bağlanılması, xaricdə olan vətəndaşlarımızın ölkəyə gətirilməsi, maska və dezinfeksiya maddələrinin hazırlanması üçün fəaliyyət göstərən zavodların fəaliyyətə başlaması və s. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən hər gün dəqiq məlumatların, göstərişlərin verilməsi, müvafiq olaraq bütün nazirliklərin öz növbəsində sahəsi olan işlərdə xalqın yanında olması bizim birliyimizin və bu birlik nəticəsində güclü olmağımızın nümunəsidir”- Ş.Seyidzadə qeyd edib.

Millət vəkili bildirib ki, hal-hazırda hər kəsi maraqlandıran bir sual var: "Bu da ondan ibarətdir ki, mayın 4-də karantin rejimi tamamilə bitəcəkmi? Çünki qeyd etdiyiniz kimi yas mərasimləri, bərbərxana və gözəllik salonlarının fəaliyyəti, rayonlara gediş-gəlişin bərpası, elm və təhsil ocaqlarının, ticarət mərkəzlərinin nə zaman fəaliyyət başlaması ilə bağlı vətəndaşlar tərəfindən ünvanlanan suallar mövcuddur. Tam səmimi olaraq qeyd etmək lazımdır ki, bu barədə bizim, bu gün konkret olaraq "bəli, may ayının 4-də karantin rejimi yekunlaşacaq” deməyimiz doğru olmaz. Qeyd etdiyim kimi, dövlətimizin əlaqədar qurumları tərəfindən hər gün hər saat araşdırmalar aparılır, statistik göstəricilər ölçülür və əgər hal-hazırda nəzərdə tutulan 4 may tarixinə qədər biz koronavirusun yayılma tempinin azalmasını hətta bitməsini, sağalma statistikasının yüksəlməsini müşahidə etsək əlbəttə ki, karantin rejiminin yumşaldılması realdır”.

Bununla belə millət vəkili onu da qeyd edib ki, geridə qoyduğumuz müddətdə birlik göstərərək virusa qarşı mübarizə göstərdiyimiz kimi, post-karantin dövründə də biz birliyimizi qorumalıyıq: "Çünki istər-istəməz karantin rejimi bitdikdən müəyyən böhranlar yaşanacaqdır. Amma əsas reallıq budur ki, krizis menecmenti zamanı ölkə başçısı və dövlət qurumlarımızın mövqeyi çox möhkəm və peşəkardır.

Yekun olaraq mən hər kəsi evdə qalaraq zərurət olmadıqca sosial izolyasiya tədbirlərinə əməl etməyə səsləyirəm. Həmçinin riskləri gözə alraq, əvəzolunmaz fəaliyyət göstərərək xalqa xidmət edən bütün peşə sahiblərinə təşəkkürümü bildirmək istəyirəm”. 



OXŞAR XƏBƏRLƏR

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...

Peruda qəzaya uğrayan təyyarənin qalıqları tapıldı - FOTO

Aprelin 12-də Peru Hərbi Hava Qüvvələrinə məxsus “Dassault Mirage 2000P” qırıcısı Piçu Piçu vulkanının qərb yamacında qəzaya uğrayıb.   ...

Ermənistan növbədənkənar seçkiyə getmir - Paşinyan açıqladı

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası ilə bağlı mümkün prosesdən əvvəl növbədənkənar parlament seçkiləri keçirmək niyyətin...

Yeni "iPhone" modellərinin yaddaşı artırılacaq

"Apple" şirkəti 128 giqabayt yaddaşa malik smartfonların Pro modellərinin istehsalını dayandıracaq. Sfera.az xəbər verir ki, bu barədə "Leak...

Fransada Mərakeş Kralının keçmiş qalası yarım milyard avroya satışa çıxarıldı

Parisin kənarında yerləşən “Arminvilliers” mülkü dünyanın ən bahalı mülkü ola bilər. Qala 425 milyon avroya satışa çıxarılıb.     Sf...