Kriştiano Ronaldo bu hərəkətinə görə üzr istədi - VİDEO
08:26 / 15.09.2021
1326
İngiltərənin "Mançester Yunayted" klubunun hücumçusu Kriştiano Ronaldo üzrxahlıq edib.
Sfera.az xəbər verir ki, buna səbəb ulduz futbolçunun dünən Çempionlar Liqasının qrup mərhələsində "Yanq Boyz"la oyundan əvvəl təsadüfən topla qadın stüarta xəsarət yetirməsi olub.
Kriştiano Ronaldo xəsarət yetirdiyi qadına yaxınlaşaraq üzr istəyib və öz futbolkasını ona hədiyyə verib.