İqtİsadİyyat

Kripto valyuta bazarında 50 milyard dollarlıq itki

Kripto valyuta bazarında 50 milyard dollarlıq itki
Cənubi Koreyada yerləşən kripto valyuta birjası "Coinrail” hakerlərin hücumuna məruz qalıb.

Sfera.az xəbər verir ki, dünyanın ən böyük kripto valyuta platformalarından biri olan birja haker hücumuna məruz qalmasını açıqladıqdan sonra Bitkoin və digər kripto valyutaların dəyəri sürətlə düşüb.

Milyonlarla sərmayədarın istifadə etdiyi birja qlobal bazar baxımından böyük əhəmiyyətə malikdir. Haker hücumu xəbərinin mətbuata çıxmasından sonra Bitkoinin kursu 6781 dollaradək enib. 

Xəbərin təşvişi ilə baş verən satışlarda kripto valyutaların itkisi 50 milyard dollara yaxın olub.

Rəsul
Sfera.az


AdRiver
loading...

XƏBƏR LENTİ