"Kəpəz"in futbolçusu bıçaqlandı
Gəncədə bıçaqlanma hadisəsi baş verib. Sfera.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini, 2002-ci il təvəllüdlü Veysəl Rzayev kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Bıçaqlanan şəxs “Kəpəz” futbol klubunun futbolçusudur. O, “Turan Tovuz” futbol kulubundan transfer edilib. Faktla bağlı araşdırma aparılır.