Krİmİnal

Kriminal avtoritetlər Lənkərana gəldi – Polis xəbərdardırmı? – AÇIQLAMA

Kriminal avtoritetlər Lənkərana gəldi – Polis xəbərdardırmı? – AÇIQLAMA
Xəbər verdiyimiz kimi, vaxtı ilə muzdlu olaraq bir çox qaynar nöqtədə, o cümlədən Dombasda Ukraynaya qarşı döyüşmüş Timur Tumaev avqust ayının 18-də azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) məzarını ziyarət etmək üçün Azərbaycana gəlib.

Kriminal aləmdə "Timur Dikiy” kimi tanınan çeçen səfər zamanı azərbaycanlı mərhum "qanuni oğru”lar Rövşən Lənkəranski ilə yanaşı "Masallı Mamed”in məzarlarını ziyarət edib.

Bəs avtoritetin gəlişi ilə əlaqədar Lənkəran rayon Polis İdarəsin tərəfindən hansısa qabaqlayıcı tədbirlər görülübmü?
Məsələ ilə bağlı Rövşən Lənkəranskinin məzarının yerləşdiyi "Ləvəngi dairə”sinə nəzarəti həyata keçirən polis inspektoru İlqar Qasımov ilə əlaqə saxladıq. İ.Qasımov yeni təyin olunduğunu və bu haqda məlumatının olmadığını bildirdi:

"Həmişə nəzarət olunur və ictimai asayiş qorunur, hər şey qaydasındadır. Mənim Lənkərana gəldiyim heç 10-15 gün deyil. Mən burada kimi tanıyıram? Rəhbərliyimizlə əlaqə saxlayın və onunla danışın. Xahiş edirəm rəhbərlikdən soruşun. Mən heç nə bilmirəm. Yeni təyin olunmuşam və burada heç kəsi tanımıram, bu haqda məlumatım yoxdur”.

]

XƏBƏR LENTİ