Kriminal aləmin \"Astaralı Fuadı\": - \"Mərdliyimdən burdayam\"

Kriminal aləmin \
Badamdar qəsəbəsindəki "Bulaq” restoranında baş verən silahlı insidentdə iştirak etməkdə təqsirləndirilən kriminal aləmdə "Astaralı Fuad" kimi tanınan Fuad Əsgərov, "Ay qam Samir" kimi tanınan Samir Allahyarov və digərləri barələrində birinci instansiya məhkəməsinin hökmündən verilən şikayət üzrə məhkəmə davam edib.

 Bakı Apellyasiya Məhkəməsində hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Fuad Əsgərovun vəkili vəsatət verərək məhkəmənin qismən istintaqla aparılmasını istəyib.

Lakin işə sədrlik edən Faiq Qasımov ötən proses bu vəsatəti müzakirə etdiklərini və təmin etmədiklərini xatırladıb.

Daha sonra prosesdə prokuror çıxış edib. O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə razı qalmadıqları üçün protest veriblər: "Məhkəmənin hökmünə görə, təqsirləndirilən şəxslərə istintaq dövründə verilən ittihamlar tövsif edilib. Lakin istintaq orqanı olaraq bu tövsiflərin düzgün olmadığı qənaətindəyik. Bundan başqa, təqsirləndirilən şəxslərə verilən cəzaların ağırlaşdırılmasını tələb edirik".

Prosesdə "Astaralı Fuad"ın vəkili çıxış edərək müvəkkilinə verilən ittihamların əsassız və qanunsuz olduğunu dilə gətirib: "İbtidai istintaqda da, məhkəmədə də sübutlar araşdırılmadı. Təqsirləndirilən şəxslər və şahidlərin ifadəsində var ki, Fuad Əsgərov "Bulaq" restoranına qonaq çağırılıb. Fuad həmin yerə gedib çatanda Samir ona salam verib. O zaman Fuad havalanıb.

Çünki, Fuadla Samirin arasında keçmişə dayanan ziddiyyət var. Baxın, nə istintaqda nə də məhkəmədə bu ziddiyyət araşdırılmayıb. Məlumat kimi qeyd edim ki, bu məhkəmə binasında da Fuadla Samir arasında keçmişdə mübahisə olub. Əlbəyaxa olublar. Bu da rəsmləşdirilib. Ondan sonra onları başqa-başqa cəzaçəkmə müəssisəsinə köçürüblər. İndiki hadisələrin araşdırması elə burdan başlamalıdı".

Hakim bildirib ki, istintaq materiallarında yazılıb ki, Fuad Əsgərov Tofiq Qaramizədən aylıq 3 min manat pul tələb edib.

"Astaralı Fuad" buna etiraz edib. O bildirib ki, heç kimdən pul tələb etməyib: "Ötən məhkəmə də dedim, burda da deyirəm ki, pul istəyənin hər şeyini....Söyüş söydüm. Bilirsiz də yalandan söyüş söyməyim mənə baş ucalığı gətirməz. Bu işdə heç bir günahım yoxdur. Mərdliyimdən, kişiliyimdən burda oturmuşam. Əslində, xəstəxanadan mən azadlığa buraxılmalıydım. Kiminsə üzünə durmamışam. Burda oturmağımın səbəbi budur. Niyə kişi, mərd kimi olduğuma görə həbsdə olmalıyam? İndi Tofiqdən də soruşun ki, ondan pul tələb eləmişəm?” "

Tofiq Qaramizadə isə bildirib ki, Fuad ondan pul istəməyib: "Fuadı yaxşı oğlan kimi tanımışam. Həbsdən çıxanda uşaqlara nömrəmi vermişəm ki, ona çatdırsınlar, əlaqə saxlasın. Onunla tanış olub münasibət qurmaq istəmişəm”.

Bu vaxtı "Astaralı Fuad” yerindən bildirib ki, həbsdə olan zaman Tofiq ona "peredaça” göndərib: "Ədliyyə Nazirliyinin dəftərxanasında qeydiyyatında var, baxa bilərsiniz”

Tofiq Qaramizadə ifadəsinin davamında qeyd edib ki, Fuadla telefonda mübahisəsi düşüb: "Fuad mənə gecə saat 2-yə işləmiş zəng elədi. Ona görə də aramızda mübahisə yarandı. Bildirdim ki, bu vaxtı zəng eləməzlər. Sabahı görüş təyin elədik, onu restorana çağırdım. Orda olanlar oldu".

Məhkəmə mayın 22-də davam edəcək.

Qeyd edək ki, hadisə 2016-ci il aprelin 21-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən "Bulaq” restoranında baş verib. Hadisə zamanı F.Əsgərov və B.Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı S.Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı Bakıdakı özəl xəstəxanalardan birinə yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxt sakinləri T.Qaramizadə, H.Hüseynov, B.Rəfiyev və digər şəxslər tutulub.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120-ci (qəsdən adam öldürməyə cəhd), 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə), 182-ci (hədə-qorxu ilə tələb etmə) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Qaramizədə 7 il, Samir Allahyarov (Ayqam Samir) 10 il, Fuad Əsgərov (Astaralı Fuad)8 il, Bəhruz Rəfiyev 4 il, Süleyman Abdullayev 3 il, Müzəffər Cəfərov 4 il, Hüseyn Hüseynov 4 il 6 ay, Murtuza Tağıyev 3 il və Araz Vəliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. /lent.az 

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...