Kreslodan həbsə... - İsmayıl Vəliyev kimdir?

Kreslodan həbsə... - İsmayıl Vəliyev kimdir?
 

Xəbər verdiyimiz kimi, Neftçala İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyev Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb. Onun mütəmadi olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə edib təhsil, səhiyyə və digər yerli dövlət təsisatları rəhbərlərindən müxtəlif adlar altında şəxsən pul vəsaitləri tələb edərək almasına əsaslı şübhələr müəyyən olunub.

"Qafqazinfo" bu məqamda ötən gün Prezident İlham Əliyevin sərəncamı ilə vəzifədən azad edilən İsmayıl Vəliyevin dosyesini təqdim edir:

1959-cu ildə Gəncədə anadan olan İsmayıl Vəliyev işdən çıxarılanadək 9 il Neftçalanın icra başçısı olub. 1981-ci ildə Bakı Dövlət Universitetinin məzunu olan İ.Vəliyev vaxtı ilə Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsində ümumi şöbənin müdiri, Əli Bayramlı şəhər Xalq Deputatları Sovetinin deputatı olub. 

Müxtəlif vəzifələrdə çalışan İ.Vəliyev 1991-1992-ci illərdə "İlk Bank” səhmdar-kommersiya bankının idarə heyətinin sədri, "Mejbankovskoye Obedinenie” səhmdar bankında bank şurasının sədri vəzifələrində işləyib. O, 1992-1994-cü illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində böyük məsləhətçi işləyib.

1995-ci ildə Dövlət Gömrük Komitəsində Gömrük nəzarətinin təşkili idarəsinin rəis müavini, daha sonra həmin idarədə rəisin birinci müavini, 29 may 1996-cı il tarixdən 21 may 1998-ci il tarixədək Sumqayıt Gömrükxanasının rəisi, 21 may 1998-ci il tarixdən 21 yanvar 1999-cu il tarixədək Gömrük Komitəsi sədrinin müşaviri, 21 yanvar 1999-cu il tarixdən 03 yanvar 2001-ci il tarixədək Dövlət Analitik Şöbənin rəisi, 03 yanvar 2001-ci il tarixdən 31 may 2005-ci il tarixədək Gömrük Nəzarətinin Təşkili İdarəsinin rəis müavini vəzifələrində işləyib.

1 iyun 2005-ci ildən 24 avqust 2005-ci il tarixədək "Petrogeoaz” MMC-nin baş direktoru olub. 2005-ci ildə isə ölkə Prezidentinin sərəncamı ilə Qobustan rayonu İcra Hakimiyyətinin başçısı təyin olunub. O, 6 ildən sonra Neftçala rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsinə gətirilib. O, bu postda hazırda Lənkəranın icra başçısı olan Taleh Qaraşovu əvəzləyib.

İsmayıl Vəliyev  Azərbaycanın sabiq baş prokuroru İsmət Qayıbovun bacısı oğludur. Ailəlidir, 2 övladı var. Onun oğlu Məhərrəm Vəliyev Fövqaladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyində rəis müavini vəzifəsində çalışır.




OXŞAR XƏBƏRLƏR

“WhatsApp”da uzun müddətdir gözlənilən yeni FUNKSİYA

“WhatsApp” tərtibatçıları lazımi söhbətlərin daha sürətli və rahat axtarışı üçün mesencerə üç filtr əlavə ediblər.   Sfera.az bildirir ki...

Təlim zamanı sürücüyə yazılan cəriməni kim ödəməlidir? - VİDEO

Azərbaycanda təlim zamanı bəzi sürücülərə cərimələr yazılır.   Təbii ki, avtomobil idarə edərkən bəzi qaydaları bilmək vacibdir.   Təlimçi...

Dəri xərçənginin ən ölümcül növü: Melanoma nədir və onu vaxtında necə aşkar etmək olar?

Yaz və yay aylarının başlaması ilə insanlar açıq havada daha çox vaxt keçirməyə başlayırlar. Bu zaman dəri xərçəngi, xüsusən də melanomanın inkişaf riski ciddi ...

Şəxsiyyət vəsiqələri ilə bağlı yenilik - VİDEO

Şəxsiyyət vəsiqəsi ilə yanaşı, bir neçə dövlət sənədi tam rəqəmsallaşacaq.   Sfera.az “Xəzərxəbər.az”a istinadən xəbər verir ki, bunu rəq...

Qəhvəni mikrodalğalı sobada qızdırmaq olmaz

Qəhvə ən məşhur və çoxlarımızın sevimli içkilərindən biridir. Bəzilərimiz günümüzü onsuz təsəvvür edə bilmirik. Əksər insanlar üçün bu içki xüsusilə səhərlər mü...

Şəffaf, proqramsız və düymələrlə: Dünyanın ən darıxdırıcı telefonu yaradıldı

Finlandiyanın Human Mobile Devices (HMD) şirkəti Heineken brendi “Bodega” firması ilə birlikdə “Boring Phone” adlı cihaz yaratmaq üzərin...