Kremldə Putinin ömürlük hakimiyyəti üçün ssenarilər hazırlanır - "Bloomberg"dən ilginc iddia...

Kremldə Putinin ömürlük hakimiyyəti üçün ssenarilər hazırlanır -
Kremldə Putinin ömürlük prezident qalmasının variantları üzərində iş gedir. 

İsrail mətbuatının bu barədə yazısını oxucuların diqqətinə çatdırırıq.

"Əldən düşmüş lider prezidentliyini tərk edir, ancaq ölkəyə nəzarəti əlində tutur. 78 yaşlı Nursultan Nazarbayev istefaya gedir, lakin xarici siyasətdə və təhlükəsizlik məsələlərində veto hüququ ilə Təhlükəsizlik Şurasının başında qalır. Kremldə Qazaxıstandakı ssenariyə gələcək illərdə Vladimir Putinin hakimiyyətdə qalması üçün mümkün nümunə variantlardan biri kimi baxılır. Kremlə yaxın olan üç mənbəyə istinadən edən Blomberq xəbər verir ki, hakim elitanın üzvləri indiki dövlət başçısını hakimiyyətinin ömrünü uzatmaq üçün inandrır. Müasir tarixdə Putin yalnız İosif Stalinin 31 illik rekorduna çata bilmir. 

Mənbələrin sözlərinə görə, ehtimallardan biri kimi Belarusa təzyiq göstərmək və yeni bir dövlət yaratmaqla onu Rusiya Federasiyasına birləşməyə məcbur etməkdir. Putin bu dövlətə başçılıq etməsi ona prezidentlik müddətinin məhdudiyyətindən yan keçməyə imkan verəcək.

Ancaq, Belarus prezidenti Aleksandr Lukaşenko belə bir ssenariyə qarşı çıxış edib. "Belaruslar Rusiya ilə birlikdə olmaq istəyirlər, amma öz mənzillərində yaşamaqla", - martın 1-də o bildirib, eyni zamanda Rusiyanın Belarusun tərkibinə daxil olmasını təklif edib.
 
Prezident administrasiyasının keçmiş əməkdaşı Aleksandr Kolyadin Blomberqə bildirib ki, Kremldə Qazaxıstan ssenarisinin anoloji variantını da fəal şəkildə müzakirə edirlər. 

Putin də əsas səlahiyyətləri rəhbəri olduğu Təhlükəsizlik Şurasına və ya Dövlət Şurasına ötürməklə  müddət məhdudiyyəti olmadan davam edə bilər.  Kolyadin deyir ki, bu ssenari prezidentlik təhvil veriləndən sonra proseslərə hakimlik edən birinin vacib olduğunu istəyən elitaya uyğundur. 
Hər-hansı son qərar hələ qəbul olunmayıb.

Kremlin siyasi məsləhətçisi Sergey Markov deyir ki, Qazaxıstan ssenarisi Rusiya üçün şübhəli ola bilər – məlum deyil, bir-biri ilə qarşıdurma vəziyyətində olan hakimiyyət klanları, prezidentliyini başqa birinə devr etsə Putinin hakimiyyətinə hörmət göstərməyə davam edəcəkmi? Əgər qazaxlar Nazarbayevi Sinqapurun əsasını qoyan  Lee Kuan Yu kimi görürlərsə, "Putinlə bağlı vəziyyətdə,  gedən kimi, o dərhal qarşıdurma ilə rastlaşacaq” - Markov deyir.

"Putin əbədi deyil, o, öləcək. - Əgər o, tranzit üçün  əsas hazırlamasa,  hər kəs hər birinin boğazını gəmirəcək” - Dövət idarəetmə universitetində Rusiya elitasını öyrənən sosioloq Olqa Kriştannovskaya vurğulayır.Moderator

OXŞAR XƏBƏRLƏR