Dünya

Kreml Putin-Ərdoğan görüşünün yeri və vaxtını təsdiqlədi

Kreml Putin-Ərdoğan görüşünün yeri və vaxtını təsdiqlədi
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov 17 sentyabrda Soçi şəhərində Putin və Ərdoğan arasında keçiriləcək görüşə hazırlıq getdiyini təsdiqləyib.

Sfera.az xəbər verir ki, İdlibdəki vəziyyətlə bağlı iki lider arasında görüşün olacağını daha əvvəl Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu açıqlamışdı.

"Bəli, belə görüş mümkündür. Görüşə hazırlıq gedir” – Peskov Soçinin görüş yeri olması ilə bağlı suala cavabında belə deyib.

Qeyd edək ki, Suriyanın İdlib vilayətindəki vəziyyət son həftələr beynəlxalq aləmin əsas gündəm məsələsinə çevrilib. Rusiya və Türkiyə bu məsələ ilə bağlı artıq iki aydır fəal məsləhətləşmələr aparırlar.


Rəsul

Sfera.az




AdRiver
AdRiver

XƏBƏR LENTİ

«    Yanvar 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031