Sİyasət

Kreml Ermənistanda çevriliş etməyə hazırlaşır? - ŞƏRH

Kreml Ermənistanda çevriliş etməyə hazırlaşır? - ŞƏRH
"Rusiya Ermənistana müdaxilə edəcək, ancaq bu müdaxilə birbaşa hərbi müdaxilə olmayacaq”.
 
Sfera.az-a açqılamasında bu sözləri Moskvanın Ermənistana hərbi müdaxilə edə biləcəyilə bağlı bəzi erməni şərhçiləri tərəfindən səslənən fikirlərə münasibət bildirərkən politoloq Elşən Manafov deyib.
 
Həmsöhbətimiz düşünür ki, Rusiya Ermənistana müdaxiləsini ancaq daxildə müəyyən qüvvələrin əli ilə çevriliş formasında həyata keçirəcək:
 
"Müasir dünyada ən ciddi problemlərdən biri beynəlxalq hüququn məhz beynəlxalq güclərin dəstəyilə iflic vəziyyətə gətirilməsidir. Bu kontekstdə Rusiyanın ABŞ kimi bəzi ölkələrə münasibətdə belə bir müdaxiləyə keçmək imkanları vardır. Ancaq Rusiya hazırkı şəraitdə ABŞ qədər beynəlxalq birliyə meydan oxumağa qadir gücdə deyil. Ən azından indiki halda Rusiya, 1920-ci ildə bolşeviklərin Cənubi Qafqaz ölkələrinə etdiyi kimi, Ermənistana birbaşa müdaxilə edə bilməyəcək. Ancaq bu o demək deyil ki, Moskva ümumiyyətlə Ermənistana indiki şəraitdə müdaxilə etməyəcək. Ermənistana yönəlik müdaxiləni Kreml başqa yollarla edə bilər”.
 
Politoloq bildirdi ki, Rusiya Gümrüdəki hərbi bazasından istifadə edərək Ermənistanda dövlət çevrilişinə cəhd edə və məhz özünün marağına cavab verən elitanın düşmən ölkədə hakimiyyət başına gəlməsinə "yardım” əlini uzada bilər:
 
"Amma bütün hallarda burada birbaşa hərbi müdaxilədən söhbət gedə bilməz. Çünki hazırkı dünya bir əsr bundan əvvəlki dünya deyil. Hərçənd Ermənistanın təcavüz edərək Azərbaycan torpaqlarını işğal etməsi faktını görürük. ABŞ başda olmaqla Qərbin Rusiya ilə iqtisadi sanksiyalar dililə danışdığı bir zamanda, Kreml özünə əlavə problemlər yaradıb, Ermənistana hərbi müdaxilə etməz. Həm də onu daha asan, daxildə müəyyən qüvvələrin çevriliş etməsi yolu ilə etməyin mümkün olduğu bir şəraitdə, hərbi müdaxiləyə ehtiyac olmadığını düşünürəm. MDB məkanında siyasi prosesləri izləyənlər bilir ki, Ermənistan iqtisadi və maliyyə baxımından, ümumiyyətlə bütün parametrlərə görə kifayət qədər Rusiyadan asılıdır. Ermənistanın ən məşhur iş adamları belə bu və ya digər dərəcədə Rusiyanın hakim elitası ilə əlaqədədir. Güman edirəm ki, məhz bu təhlükəni nəzərə alaraq Paşinyan "Çiçəklənən Ermənistan” partiyasının lideri Sarukyanla müqavilə imzalayıb. Hansı ki, Sarukyan da Rusiyada çalışan erməni milyarderidir. Memerandumda isə göstərilir ki, "Çiçəklənən Ermənistan” Partiyası Paşinyana rəqib olan digər partiyalara dəstək verməyəcək. Bu artıq onu göstərir ki, Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində Rusiya tərəfindən ola biləcək bu və ya digər müdaxiləni nəzərə alaraq, siyasət taxtası üzərində müəyyən gedişlər edir. Gedişlərin edilməsində məqsəd qarşıdan gələn seçkilərdə öz hakimiyyətini daha da möhkəmləndirmək və ola biləcək təhlükələrdən özünü sığortalamaq istəyidir”.
 
Qeyd edək ki, mətbuata açıqlamasında erməni şərhçi Qalust Qriqoryan bəyan edib ki, Rusiya üçün Ermənistana dərs vermək əhəmiyyətlidir. Bu baxımdan, onun fikrincə, Rusiya Ermənistana hərbi müdaxilə edə bilər.
 
ELÇİN 
Sfera.az
AdRiver

XƏBƏR LENTİ

«    Dekabr 2018    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31