Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”

Kreml Bakını “KTMT tələsi”nə sala biləcəkmi? – “Bakı yayınır, Tehran isə...”
"Rusiya təklənmiş durumdadır və öz orbitinin sıralarını Ukraynaya qarşı genişləndirmək üçün dəridən-qabıqdan çıxır. Elə bu səbəbdəndir ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvlərinin artırılmasının riyazi hesablamalarını aparır”.

Sfera.az xəbər verir ki, bu sözləri siyasi məsələlər üzrə ekspert Aqşin Kərimov Rusiyanın KTMT-yə yeni üzvlər cəlb etmək səyləri haqda danışarkən deyib.
Onun sözlərinə görə, Rusiya dəfələrlə Azərbaycanı KTMT-də üzv kimi görmək istədiyini dilə gətirib, lakin Bakı Qərblə Rusiya arasındakı incə balanslaşdırma siyasətinin ruhuna uyğun davranaraq KTMT-yə üzvlük barədə düşünmür:

"Rusiya ona görə də çalışır ki, Azərbaycan heç olmasa, müşahidəçi qismində təşkilatda təmsilçilik hüququna yiyələnsin, hərçənd, bu da çətin məsələdir. Hazırda Rusiyanın quruma cəlb etmək istədiyi ölkələr sırasında İranın KTMT-də təmsilçiliyi daha inandırıcı görünür”.

Ekspert İranın Rusiyadakı səfiri Kazım Cəlalinin ölkəsi ilə Moskva arasında hərbi-texniki əməkdaşlığa dair verdiyi açıqlamanın maraq oyatdığını deyir: 

"Hesab etmək olar ki, İranın da, Rusiyanın da beynəlxalq aləmdə təklənməsi bu iki ölkəni yeni platformada səylərini birləşdirəcək. Amma İranın KTMT-yə tam üzvlüyü yox, müşahidəçi qismində iştirakı daha real görünür”. 

Turan Rzayev
 

OXŞAR XƏBƏRLƏR

Müğənni qocalar evində konsert zamanı dünyasını dəyişdi

Çində 31 yaşlı müğənni qocalar evindəki konsertin ortasında dünyasını dəyişib. Tədbir qocalar evinin 90 illiyi münasibətilə təşkil edilib.  Sfera.az b...

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...