Kredit məsələsində ən məsuliyyətli rayonlar - SİYAHI

Kredit məsələsində ən məsuliyyətli rayonlar - SİYAHI
Azərbaycanda banklar tərəfindən verilən kreditlərin 4 faizi vaxtında qaytarılmır.
 
Mərkəzi Bankın açıqladığı məlumatlar göstərir ki, kreditlərin vaxtında qaytarılmaması halına daha çox paytaxtda rast gəlinir. Regionlarda isə əksinə kredit borcu götürənlərin maliyyə intizami daha yüksəkdir.

Sfera.az xəbər verir ki, banklar tərəfindən regionlarda verilən kreditlərin 2,5 faizi vaxtında qaytarılmadığı halda, Bakıda kreditlərin 4,4 faizi vaxtında qaytarılmır. Ölkə üzrə cəmi kreditlərin 78,2 faizi Bakıda verildiyindən, paytaxtdakı nəticə respublika üzrə olan orta göstəriciyə güclü təsir edir. Buna görə də vaxtında qaytarılmayan kreditlərin xüsusi çəkisi Bakıdakı səviyyəyə uyğunlaşıb.

Regionlarda əhalinin, biznes subyektlərinin banklara 3,638 milyard manat kredit borcu var. Bu qədər borcun 2,5 faizi, yəni 91 milyon manatı vaxtında qaytarılmır.

Bakıda isə fiziki və hüquqi şəxslərin banklara 13,021 milyard manat kredit borcu var və bu vəsaitin 4,4 faizi, yəni 574,1 milyon manatı vaxtında qaytılmır.
Maraqlısı odur ki, Bakı ilə müqayisədə regionlarda verilən kreditlər üzrə faizlər daha yüksəkdir. Məsələn, ötən ilin sonuna olan məlumata görə Bakıda kreditlər orta hesabla 10,24 faizlə ayrıldığı halda, regionlarda 17-20 faizlə ayrılır. Buradan belə anlaşılır ki, faiz dərəcələrindəki kəskin fərqə baxmayaraq rayonda yaşayan və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxlər kredit borclarını qaytarılmasına daha məsuliyyətlə yanaşırlar.

Elə rayon və şəhərlər var ki, oralarda vaxtında qaytarılmayan kreditlərin payı hətta bir faiz və ondan da kiçikdir. Bu rayon və şəhərlərin siyahısında Xaçmaz, Şabran, Astara, Cəlilabad, Lerik, Yardımlı, Zərdab, Qax, Zaqatala rayonları var.

İqtisadi regionlar üzrə müqayisə apardıqda isə aydın olur ki, götürülən kreditlərin 1,2 faizi Şəki-Zaqatalada, 1,5 faizi Quba-Xaçmazda, 1,6 faizi Mərkəzi Aranda, 1,9 faizi Dağlıq Şirvanda, 2,1 faizi Qazax-Tovuzda, 2,2 faizi Lənkəran-Astarada, 2,4 faizi Mil-Muğanda, 2,6 faizi Şirvan-Salyanda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 2,7 faizi Gəncə-Daşkəsəndə, 3,4 faizi Qarabağda, 3,9 faizi Abşeron-Xızıda vaxtında qaytarılmır.

Vasif 
Sfera.az

OXŞAR XƏBƏRLƏR