Kredit borcunu zamin ödəyibsə kompensasiya kimə verilməlidir?

Kredit borcunu zamin ödəyibsə kompensasiya kimə verilməlidir?
Sumqayıt şəhər sakini uzun müddət zamin durduğu kreditin borcunu ödəyib. Ancaq kompensasiya məbləği həmin şəxsə yox, krediti götürən əsas borcalana veriləcək.

Kredit borcu zaminin kartından çıxılsa da, kompensasiya almaq zamanı gələndə həmin vəsait zaminin yox, əsas borc alan şəxsin hesabına yüklənəcək. Maraqlı vəziyyət Sumqayıt şəhər sakini Vüsal İsgəndərovun başına gəlib. O, zamin kimi ödədiyi kreditə görə kompensasiya almaq üçün banka mrüaciət edib. Bankdan isə bildiriblər ki, pulu almaq üçün krediti ödəyən şəxsin özü gəlməlidir. Onun sözlərinə görə, zamin durduğu kreditə görə indiyə qədər banka 1200 manat borc ödəyib.

Vəkil Anar Ramazanov bildirir ki, kompensasiya məbləğinin əsas borc alana yönləndirilməsi qanuni olaraq düzgün atılan addımdır. Ancaq kompensasiyanın bölüşdürülməsində əsas borc alanla zamin arasında anlaşılmazlıq yaranırsa, bunun hüquqi müstəvidə bir sıra yolları var. Bunlardan biri dərhal məhkəməyə müraciət edərək kompensasiya ödənişinin əsas borc alana verilməsini məhkəmə araşdırması bitənədək dayandırmaqdır.

Anar Ramazanov qeyd edir ki, kompensasiya ödənişindən pay almaq üçün daha bir metod isə əldə olunan maddi sübutlarla ümumi qaydada məhkəməyə müraciət etməkdir.

Qeyd edək, sabahdan etibarən problemli kreditlərlə bağlı kompensasiyaların verilməsinə start verilir və gələn ayın sonuna qədər bu proses başa çatacaq.


OXŞAR XƏBƏRLƏR

Erməni lobbisindən daha bir “SANKSİYA OYUNU”: “Təşəbbüsü irəli sürən şəxs...” 

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı üzvü, ölkədəki erməni lobbisinin fəal iştirakçısı Dina Titusun Azərbaycana qarşı sanksiya layihəsi ilə çıxış etdiyi b...

Deputata AĞIR İTKİ - FOTO

Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədri, akademik Əhliman Əmiraslanova ağır itki üz verib.   Sfer...

Bəzi rayonlara yağış yağdı - FAKTİKİ HAVA

Aprelin 24-ü saat 9:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, bəzi dağlıq və dağətəyi ərazilərdə hava şəraiti arabir yağıntılı olub, şimşək ça...

Beynəlxalq zəng mərkəzinin fəaliyyəti ləğv edildi: Milyonlarla zərər vurublar

Hüquq-mühafizə orqanlarının əməkdaşları Odessada özlərini Çexiya Mərkəzi Bankının əməkdaşları kimi təqdim edərək əcnəbiləri aldadan zəng mərkəzinin fəaliyyətini...

Rabitəbankdan Ümumdünya Kitab Günündə Ağdam kənd məktəbinə dəstək - FOTOLAR

Rabitəbank elm, təhsil və maariflənmənin inkişafına dəstək məqsədilə 23 Aprel - Ümumdünya Kitab Günü ilə əlaqədar növbəti uğurlu layihəsini həyata keçirib. Belə...

Sadır Japarov Azərbaycana dövlət səfərinə YOLLANDI

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycana dövlət səfərinə yollanıb.   Sfera.az Qırğızıstan KİV-lərə istinadən xəbər verir ki, bu barədə Q...