Kredit borcu olanlara BƏD XƏBƏR: Əmlakları...

Kredit borcu olanlara BƏD XƏBƏR: Əmlakları...
Azərbaycanda bank sektorunun ən böyük bəlası hesab olunan problemli kreditlərin həlli durmadan artmaqdadır. Bu kreditlər geri qayıtmamaqla yanaşı, bu günə kimi problemin hər hansı həlli yolu da müəyyən olunmayıb. Nəticədə banklar çıxış yolunu vətəndaşları kütləvi şəkildə məhkəməyə verməkdə görüblər.

Bu haqda xəbərə "Yeni Müsavat” yayıb. Xəbərdə bildirilir ki, son aylarda banklar tərəfindən məhkəmələrə müraciətlər olunub və məhkəmələrdə borclunun iştirakı olmadan birtərəfli qaydada qərarlar çıxarılıb ki, borc ödənilmədiyi halda onların adlarında olan əmlaka həbs qoyulsun. Bu barədə məhkəmə qərarları demək olar ki, kredit borcu olan əksər vətəndaşlara göndərilib. Hazırda vətəndaşlar bu məhkəmə qərarları ilə bankların onlara qarşı hansı addımları ata biləcəyindən narahatdırlar.

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov mövzu ilə bağlı qəzetə deyib ki, bankların vəziyyəti ağırlaşdıqca onlar borclulara qarşı amansız olurlar: "O cümlədən məhkəmə, icra məmurları və hətta polisdən də müxtəlif yollarla istifadə edərək əhalidə xof yaratmaq istəyirlər. Sadəcə olaraq, onlardan qorxmaq lazım deyil. Təcrübəmiz göstərir ki, haqqını bilən və tələb edəndən dərhal əl çəkirlər. Bilməyənin isə üstünə gedirlər. Ona görə də bir neçə məsələni xüsusi qeyd etmək istərdim. Əvvəla, hamı bilsin ki, borc hər kəsin rəsmi əmlakı və gəliri hesabına qaytarılmalıdır. Əmlak yoxdursa, borcun qaytarılmamasına görə borclunu heç bir məsuliyyət gözləmir. Əmlak dedikdə nə başa düşülür? Torpaq, ev, avtomobil və digər əşyalar. Vətəndaşın yalnız bir evi varsa, onu əlindən ala bilməzlər. Bu zaman yaşayış üçün zəruri əşyalar istisna təşkil edir: paltar, çarpayı, soyuducu və s. Hər hansı əşyanın vətəndaşın evində olması mütləq ona mənsub olması demək deyil. Qohumları ilə birgə yaşayırsa, icra məmuru əşyanın məhz borcluya məxsus olmasını sübut etməlidir. Məsələn, tutaq ki, kişiyə məxsus evdə arvadı, oğlu və gəlini yaşayır. Evdə bahalı mebel var. Gəlin iddia etsə ki, mebel onun cehizliyidir, təbii, qayınatasının borcu üzrə həmin mebelə tutma yönəldilə bilməz. Yaxud evdə zərgərlik məmulatları var. Kişinin arvadı və gəlini həmin məmulatlarını onlara məxsus olduğunu iddia edə bilər. Evdə kompüter varsa, oğlu deyəcək ki, kompüter onundur və s. Yəni əmlakın mənsubluğunu sübut etmək vəzifəsi dövlət orqanının üzərindədir”.

Hüquqşünasın sözlərinə görə, vətəndaşın yalnız yaşayış minimumu təmin edildikdən sonra onun gəliri borc üçün tutula bilər: "Gəlir dedikdə nə başa düşülür? Əmək haqqı, pensiya və bu kimi gəlirlər. Həmin gəlir borclunun və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin etdikdən sonra nə isə qalırsa, həmin artıq məbləğdən borc tutula bilər. Özü də maksimum həmin aylıq gəlirin yarısı tutula bilər. Hazırda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğindədir. Məsələn, ər-arvad və yetkinlik yaşına çatmayan iki uşaqdan ibarət ailədir. Onların cəmi yaşayış minimumu 602,2 manat təşkil edir. Yalnız kişi işləyir və əmək haqqı 500 manatdır. Bu əmək haqqından borc üçün heç nə tutula bilməz. Tutulsa, şikayət etmək lazımdır. 

Əkrəm Həsənov bütün borclulara məhkəmə proseslərində mütləq iştirak etməyi də tövsiyə edir: "Ən azı borcun həqiqi məbləğini müəyyənləşdirmək üçün hakimdən mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsinlər. Təcrübə göstərir ki, əksər hallarda banklar şişirdilmiş rəqəmlər təqdim edir və ekspertlər borc məbləğini azaldır. Daha sonra cərimə məbləğlərinin də azaldılmasını hakimdən xahiş etmək olar. Dollar krediti üzrə isə Konstitusiya Məhkəməsinin qərarına əsasən güzəşt tələb etmək, hətta şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək olar. Yəni sonadək bankla mübarizə aparmaq lazımdır. Ümumiyyətlə, borclular nə qədər çox mübarizə aparsa, haqqını tələb etsə, qanun pozuntuları bir o qədər az olacaq və banklar çarəsizlikdən güzəştə getməyə məcbur olacaq. Son vaxtlar banklar güzəştlərə getməyə başlayıb. Sadəcə, regionlarda əhalinin hüquqi və maliyyə savadı daha aşağı olduğu üçün onların üzərlərinə daha çox gedirlər ki, qohum-qonşuların hesabına qorxudan krediti qaytarsınlar. Borclulara tövsiyəm odur ki, mətanətli olsunlar, bir-birinə dəstək olsunlar. Bir-birilərinin məhkəmə proseslərində iştirak etsinlər, bir-birilərini müdafiə etsinlər”.

OXŞAR XƏBƏRLƏR

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...

Ceyms Bond filmindən ilhamlanaraq dizayn edilib: Dünyanın ilk üzən oteli

Fransız dizayneri tərəfindən hazırlanmış və “Anthenea” adlanan bu otelin dəniz mənzərəsi yoxdur. Otel dənizin özündədir.    Sfera.az...

Türkiyədə ən çox daşınmaz əmlaka ruslar sahib olub - STATİSTİKA

2024-cü ilin mart ayına olan məlumata görə, Rusiya Federasiyası vətəndaşları Türkiyədə satın alınan daşınmaz əmlakın həcminə görə lider olublar. Sfera.az x...

Qadın məktəb direktoru icra başçısının müavini təyin olundu

Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısına yeni müavini təyin olunub.   Sfera.az məlumatına görə, Könül Həsənova Nizami Rayon İcra Hakimiyyə...

Tokayev Qazaxıstanda elektron siqareti qadağan etdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev səhiyyə məsələləri ilə bağlı qanunvericilikdə veyplərin (elektron siqaretlərin) idxalı, istehsalı, satışı və reklam o...

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırdı

Dünyanın ən böyük nəqliyyat mərkəzlərindən biri olan Dubay Beynəlxalq Hava Limanı aprelin 19-u saat 12:00-dan etibarən təyyarələrin qəbulunu 48 saatlıq məhdudla...