Kredit borcu olanlar da ünvanlı sosial yardım alacaqlar

Kredit borcu olanlar da ünvanlı sosial yardım alacaqlar

Azərbaycan inkişaf edir, iqtisadiyyatımız güclənir, amma yenə də əhalinin müəyyən bir hissəsinin dövlətin sosial yardımına ehtiyacı var. Bunu nəzərə alaraq 2006-cı ildən etibarən ünvanlı dövlət sosial yardımın verilməsinə başlanılıb. Aztəminatlı ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə ailə üzvlərinin hər birinin ehtiyac meyarının cəmindən az gəliri ilə aradakı fərq qədər ünvanlı sosial yardım təyin olunur. Bir daha qeyd edək ki, bu yardım məhz aztəminatlı ailələr üçün nəzərdə tutulub. Amma dövlətin bu qayğısından sui-istifadə hallarına da rast gəlinir. Bəzən isə əksinə, həqiqətən də yardıma ehtiyacı olan ailələr bəzi bürokratik əngəllərlə qarşılaşırlar və bu qayğıdan məhrum olurlar. Kəpəz TV (Region TV) xəbər verir ki, Nazirlər Kabineti də elə bunu nəzərə alaraq bu yaxınlarda "Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında qərar verdi. Yeni qərarlarla nələr dəyişdi, bax bu barədə qarşıdakı süjetdən biləcəyik. 

Əvvəla onu qeyd edək ki, ünvanlı dövlət sosial yardımı ölkə ərazisində yaşayan və müraciətdən əvvəlki son bir il ərzində orta aylıq gəliri bəzi səbəblərdən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələrə verilir. Səbəblər deyərkən, ailə üzvünün əmək qabiliyyətini itirməsi; əmək qabiliyyətli olan ailə üzvünün birinci qrup əlilə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi; ailənin əmək qabiliyyətli 23 yaşadək üzvünün əyani təhsil alması; Dövlət Məşğulluq Xidmətinin yerli orqanında işsiz kimi qeydə alınması;  ailə üzvünün vəfat etməsi; ailə üzvünün məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi; ailə üzvünün azadlıqdan məhrum edilməsi; ailə üzvünün olduğu yerin məlum olmaması nəzərdə tutulur. 

Sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsinin əvvəlki qaydalarına əsasən, əgər ailənin orta aylıq gəlirinin 50 faizindən çox məbləğdə aylıq kredit öhdəçiliyi var idisə və ailə üzvlərindən biri üçün yaşayış minimumunun 10 mislindən çox məbləğdə təhsil haqqı ödənilirdisə, həmin ailələrə ünvanlı sosial yardım verilmirdi. Nazirlər Kabinetinin yeni təsdiq etdiyi qaydalarda isə bu iki şərt aradan qaldırılıb. Bu isə o deməkdir ki, artıq banklara kredit borcu olan və üzvlərindən biri ödənişli əsaslarla təhsil alan ailələr də ÜSY üçün müraciət edə bilərlər.    

Yeni qaydalarda dəyişikliklər bununla bitmir. Artıq ünvanlı sosial yardım almaq istəyənlər yalnız kağız daşıyıcılarda deyil, elektron formada da müraciət edə bilərlər.  Vətəndaşların elektron müraciətləri zamanı təqdim etdikləri sənədlər və məlumatlar aidiyyəti dövlət orqanlarının e-hökumət portalındakı məlumat bazalarındakı məlumatlarla tutuşdurulacaq. 

Çingiz Əliyev - ƏƏSMN yanında Dövlət Sosial Təminat Xidmətinin rəisi: "Bilirsiniz ki, hazırda insanlar ÜSY təyin etmək üçün müxtəlif dövlət orqanına müraciət edərək lazım olan sənədləri əldə edirlər. Bir çox hallarda neqativ hallar elə demək olar ki, bu təşkilatlardan sənədlər alınarkən də baş verirdi. Həm bu təşkilatlardan sənədlərin alınmasına ehtiyacların olmaması, həm də insanlar dövlət qulluqçuları arasında təmənnasız minimum endirilməsi üçün bu qaydalardan vətəndaşlarımıza elekron müraciət etməklə ÜSY üçün müraciət forması müəyyənləşdirilib".

ÜSY almaq hüququ olduğunu hesab edən vətəndaşlar ailə tərkibi haqqında arayış alaraq ailədəki əmək qabiliyyətli ailə üzvləri ilə notarius orqanına müraciət edirlər. Həmin arayışda adları qeyd olunan əmək qabiliyyətli ailə üzvləri ÜSY-nin təyin olunması üçün bir nəfərə təmsilçilik hüququ verirlər. Notarius həmin ailə üzvlərinin ifadələrini nəzərə alaraq onlara ərizə-etibarnamə sənədini rəsmiləşdirir. Bundan sonra ailəni təmsil edən şəxs internet vasitəsilə ƏƏSMN-ə ÜSY üçün müraciət edə bilər. Müraciət zamanı sonradan sosial yardımın təyin olunması və bundan imtina edilməsi barədə məlumatların çatdırılması üçün vətəndaşın əlaqə nömrəsi də götürülür. 

Yeni qaydalarda sosial yardımın təyin olunması üçün müraciət etmiş şəxslər və onların ailə üzvləri haqqında tələb olunan arayış və məlumatların ƏƏSMN tərəfindən elektron formada əldə edilməsi məqsədi ilə 22 dövlət orqanlarının və təşkilatların informasiya ehtiyatlarından və sistemlərindən istifadə olunması nəzərdə tutulub. Bunlar Daxili İşlər, Müdafiə, Ədliyyə, Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Təhsil, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Dövlət Statistika Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Miqrasiya Xidməti; Dövlət Sərhəd Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti; Dövlət Sosial Müdafiə Fondu; Mərkəzi bank, TQDK, "Azərişıq" və "Azərsu" ASC-lər, "Azəriqaz" İstehsalat Birliyi və yerli icra  hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati  ərazi  dairəsi üzrə nümayəndəlikləridir. 

Çingiz Əliyev: "Onlardan biri ƏƏSMN-dir. Digər orqanların demək olar ki, 12-də məlumatlar hazırdır. Amma 8 dövlət orqanında zəruri olan məlumatlar hələ hazır deyil. Ona görə NK-nın qəbul etdiyi qaydalarda sonda bir keçid müddəa nəzərdə tutulub. Keçid müddəası onu nəzərdə tutur ki, bu qaydalar dərc edildikdən sonra 6 aydan gec olmayaraq, vətəndaşlarımıza yeni müraciət formasında yəni elektron formada ÜSY üçün müraciət etməklə yanaşı, köhnə formada da müraciət etmək qaydaları saxlanılır. Vətəndaş elektron müraciət üzrə müraciət etdikdə onun müraciəti ailəni təmsil edən şəxsdən qəbul edilir. Və vətəndaş onu e-imzası ilə təsdiq edir".

Sonra isə həmin məlumatlar aidiyyəti dövlət orqanlarının məlumat ehtiyatlarına çıxış əldə edilərək yoxlanılır. Uyğunsuzluq aşkar edilmirsə, ailənin gəlirlərinin müəyyən edilməsi məqsədilə maddi müayinə aktı keçirilir. Bunun üçün isə...

Çingiz Əliyev: "Bütün rayon və şəhər ƏSMMN-nin müvafiq əməkdaşlarına xüsusi proqramla təmin olunmuş İ-padlar verilir və mərkəzin hər hansı bir əməkdaşına bir gün öncə nazirlikdən tapşırıq verilir ki, misal üçün Məmmədov Əlinin ÜSY təyin olunması ilə bağlı ailəsinin maddi-məişət şəraitini müayinə edin. O xüsusi proqramla təmin olunmuş İ-padla həmin ailəyə gedərək onun maddi-məişət şəraiti müayinə edir, o xüsusi proqramda qoyulan suallara cavab verir. Sonra həmin əməkdaş öz e-imzası ilə daxil etdiyi məlumatları təsdiq edir. Beləliklə vətəndaşın özünün istənilən elektron daşıyıcıdan daxil etdiyi məlumat dövlət orqanlarının müvafiq məlumatları ilə üzləşdirilir, əməkdaşın da maddi-məişət aktındakı məlumatlar üzləşdirildikdən sonra proqram özü həmin vətəndaşın ÜSY almaq hüququnu müəyyənləşdirir. Əgər hüququ varsa, vətəndaşın ərizə-bəyannamədə qeyd elədiyi telefon nömrəsinə sms-məlumat daxil olur. Sizə filan tarixdən ÜSY bu məbləğdə təyin olunub, siz misal üçün, mart ayının 15-20-si arasında Saatlı rayonundakı Kapital bankın filialına müraciət etməklə plastik kartınızı götürə bilərsiniz. Və yaxud həmin məlumatlar üzləşdirildikdən sonra qaydalarda nəzərdə tutulan hallar həmin ailəyə hüquq vermirsə, onda həmin vətəndaşın telefon nömrəsinə müvafiq sms-məlumat göndərilir ki, sizin ailənizin aşağıdakı səbəblərə görə ÜSY almaq hüququ yoxdur". 

Digər orqanların da elektron məlumat bazalarının tam formalaşacağı 6 aydan sonra ÜSY üçün müraciətlər yalnız elektron şəkildə qəbul olunacaq. Bununla da vətəndaşlar çoxlu sayda sənəd toplanmasından azad olunacaq, neqativ halların yaranması şəraiti aradan qaldırılacaq və dövlət qulluqçuları ilə təmaslar minimuma endiriləcək. 
Qeyd edək ki, təkcə bu ilin yanvar ayında ölkədə 105497 aztəminatlı ailə, başqa sözlə 453372 nəfər ünvanlı dövlət sosial yardımı ilə təmin olunub. Prezidentin 19 yanvar 2016-cı il tarixli fərmanı ilə fevralın 1-dən ÜSY-nin məbləği 10 faiz artırılıb. 

ƏƏSMN-in rəsmi saytında yerləşdirilmiş ÜSY alanların siyahısına əsasən qərb bölgəsi üzrə Gəncədə 3433, Gədəbəy - 1203, Tovuz - 2072, Qazax - 1223, Ağstafa - 385, Daşkəsən - 447, Göygöl - 962, Goranboy - 1253, Naftalan - 119, Samux - 797, Şəmkirdə isə 2358 nəfərə ÜSY təyin olunub. 


OXŞAR XƏBƏRLƏR

Mask ABŞ-nin Ukraynaya dəstəyinə inanmır

Ağ Evin Ukrayna ilə bağlı bəyanatları real vəziyyətlə üst-üstə düşmür. Sfera.az xəbər verir ki, bu barədə amerikalı milyarder və sahibkar İlon Mask sosial şə...

Ayın sonuna qədər karyerasında yüksəliş olacaq BÜRCLƏR

Astroloqlar iki bürcün nümayəndələrinin bu ayın sonuna qədər karyeralarında yüksəlişlər əldə edəcəyinə əmindir. Onlar sadəcə səy göstərməlidirlər.  &nbs...

DSMF-nin sədri vəzifəsindən azad olundu

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İdarə Heyətinin sə...

Fransada yarım milyard dollara qala satılır - FOTOLAR

Xəbər verdiyimiz kimi, bir vaxtlar Rotşildlər ailəsinin üzvünə, daha sonra isə Mərakeş kralına məxsus olan qala satılır. Fransanın paytaxtı Paris yaxınlığında y...

Kapital Bank Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-yə ilk işgüzarsəfərində iştirak etdi

Azərbaycan Banklar Assosiasiyası (ABA) və ABŞ-Azərbaycan Ticarət Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan Bankçılıq Missiyasının ABŞ-nin Vaşinqton şəhəri...

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəll...