AdRiver
Kralın yeznəsinə hökm oxundu: 5 il 10 ay həbs

Kralın yeznəsinə hökm oxundu: 5 il 10 ay həbs

İspaniya Ali məhkəməsi İspaniya kralı Filipin yeznəsini vergi fırıldaqlarında və ictimai fondlardan milyonlarla avronu təyinatdan kənar yerlərə sərf etmək ittihamlarında günahkar sayaraq həbs qərarı çıxarıb.

Sfera.az ölkə mətbuatına istinadən xəbər verir ki, haqqında hökm verilən İnyaki Urdanqarinə məxsus firma hətta keçirilməyən tədbirlərə görə qonorarları mənimsəyib. Məhkəmənin qərarına görə, 50 yaşlı Palma hersoqu və şahzadə Kristinanın əri 5 il 10 ay azadlıqdan məhrum edilib.

İspaniya idmanına dəstək verən "Noos” qeyri-hökumət təşkilatına sədrlik edən Urdanqarinə və arvadına qarşı cinayət işi 2008-ci ildə başlamışdı. Lakin məhkəmə şahzadə Kristinanın ərinin korrupsiya fəaliyyətində iştirakı ilə bağlı ittihamları 2017-ci ildə götürmüşdü.
 
Rəsul
Sfera.az



DİGƏR XƏBƏRLƏR


---