“Kral klubu” Kristian Erikseni transfer edir

“Kral klubu” Kristian Erikseni transfer edir
"Tottenhem"in yarımmüdafiəçisi Kristian Eriksen karyerasını "Real"da davam etdirə bilər.
 
"Kral klubu"nun prezidenti Florentino Peres danimarkalı futbolçunun keçidi üçün qarşı tərəflə danışıqlara başlamağa hazır olduqlarını açıqlayıb. 26 yaşlı oyunçunun London klubu ilə müqavilə müddətini uzatmaqdan imtina etməsi onun İspaniyaya köçmək ehtimalını gücləndirib. Tərəflərin yaxın günlərdə danışıqlar masasına əyləşəcəyi gözlənilir. Ancaq ingilislərin yarımmüdafiəçini bu ilin yayından tez "Real"a buraxmayacağı bildirilir.
Qeyd edək ki, Eriksenin "Tottenhem"lə 2020-ci ilin yayına qədər sözləşməsi var.


OXŞAR XƏBƏRLƏR