Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR
 İngiltərədəki kral ailəsinin nə yeyib-içdiyi hər zaman diqqət marağında olub.

Sarayın keçmiş baş-aşpazı bütün sirrləri açıb.

Darren MakQreydi bildirir ki, kral ailəsinin ən qəribə anları yemək saatları ilə bağlıdır. Keçmişdə kraliça Yelizaveta, şahzadə Filip, Şahzadə Diana, şahzadə Uilyam və şahzadə Harri üçün yemək bişirən baş-aşpaz bütün sirrləri açığa çıxarıb.

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Axşam yeməkləri çox rəsmi abu-havada olur

Günortadan sonra kral ailəsinin üzvləri gündəlik paltarları ilə daş sobanın ətrafında oturub çay içirlər. Axşam yeməyi üçün isə əyin-başlarını dəyişirlər. Adətə uyğun olaraq kral ailəsinin üzvləri şam yeməyinə ziyafət paltarında gəlirmiş.

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Şahzadə Diana pəhriz saxlayırdı

Bir gün Diana baş-aşpaza deyib: "Darren, sən bütün yağları həll et, karbohidratları mən idman zalında həll edəcəm". Bununla da mətbəxdə çox şey dəyişib. Darren Bukinhem sarayı reseptlərini bir kənara atıb fərqli yeməklər bişirməyə başlayıb. Diana bibər və badımcan dolması, balığı çox xoşlayırdı.

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Diananın qonaqları onun eyni yeməyin yağsız versiyasını yediyini əsla bilməzdilər

"İnsanları aldadırdı. Prezident Reyqan üçün "mousse" bişir dedi. Özü isə mayonez və krem olan o yeməyi yeməzdi. Mən də yağsız bişirdim. Qonaqlar heç nəyi başa düşmədilər"-deyə Darren xatırlayır.
Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Şahzadə Filip yemək masasına köhnə pal-paltarda otururdu

Darren deyir: "Bir dəfə mətbəxə gəldi və mən onu bağban zənn etdim. Köhnə pal-paltarda idi. Amma diqqətlə baxanda şahzadə Filip olduğunu başa düşdüm".

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Kral ailəsi Şotlandiyadakı yay mülkləri olan Balmoral qəsrində tamamilə fərqli davranırlar

Balmoral kral ailəsinin rahat nəfəs aldığı yerdir. Onları orada daim görmək mümkündür. Amma kraliça Bukinhem sarayında çox məşğuldur. Onun oradakı otağı ilə mətbəx arasında xeyli məsafə var. Balmoralda isə şahzadə Filip manqalı qalayır və mətbəxə gəlib kömür soruşurdu. Kraliça və şahzadə Marqaret çiyələk yığır, axşam isə topladıqları çiyələyi yeyirdilər.
Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Kraliçaya yemək saatını səhv deyirdilər

Əgər kraliça Balmoraldakı axşam yeməyində iştirak edəcəkdisə, ona yalan söyləyirdilər. Qəsrdə axşam yeməyi 20:30 olsa da, kraliçaya 20:15 deyirdilər. Çünki kraliçanın gec gələcəyini hamı bilirdi.

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Diana qırmızı ət yeməzdi

Diana qırmızı ət yeməzdi. Nadir hallarda quzu əti yeyərdi. Dana əti əsla qəbul etməzdi. Quzu ətini isə ancaq əyləncə və tədbirlərdə xoşlayardı.

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR
Kraliça tez-tez plastik qablarda yemək yeyirdi

Kraliça deyəndə ağlımıza qızıl boşqablar, qızıl çəngəl-bıçaq gəlir. Amma Balmoral qəsrində kraliça meyvələri sadə və sarı plastik qabdan yeyirdi. Amma bəzən almazla bəzədilmiş boşqabda da meyvə yeyirdi. Bu, üzərində qızıldan at olan mərmər boşqabdır. Almaz, yaqut, sapfir və zümrüdlərlə bəzədilib. 300 ildən çox yaşı olan boşqabın dəyəri 500 min funt sterlinqdir.

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Harri və Uilyam fast-food xoşlayırdı

Darren deyir: "Bir gün şahzadə mətbəxə girib "yeməyi ləğv et, uşaqları hamburger yeməyə aparacam"-dedi. Mən də hamburger düzəldə biləcəyimi dedim. Amma Diana bildirdi ki, hamburgerlərin içindən çıxan oyuncaq uşaqlar üçün çox maraqlıdır. Uilyam və Harri hamburger, pizza və kartof qızartması xoşlayırlar".

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Bir dəfə Ferci planları dəyişdirdi və bütün yemək zibilliyə atıldı

"Sara Ferguson teatra getmişdi və axşam yeməyini də 22:30-a təyin etmişdi. Hazırlıqlara başladıq. Amma zəng edib "restorana gedəcəyik"-dedi. Bütün yeməklər xarab oldu".

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Kraliçanın ən xoşladığı qida şokoladdır

"Kraliça fermada yetişən tərəvəzlərdən hazırlanan yeməkləri xoşlayır. Amma ən çox şokoladı xoşlayır. Əsasən də tünd şokoladları üstün tutur".

Kraliça sarımsaq xoşlamır

Menyuda sarımsaq olmasına əsla icazə verməzdi. Qoxusundan və dadından qətiyyən xoşu gəlməzdi.

Kraliçaya xüsusi menyu göndərilir

Bukinhem sarayında 3-4 gün əvvəldən kraliçaya menyu göndərilir. Onun menyudan seçdiyi yeməklər bişirilir. Kraliça bu menyuya uyğun hərəkət edir.

Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR
Şahzadə Filip Çarlzın təbii qidalarına etibar etmirdi

Harrods bizə həmişə onlardan alver etdiyimiz üçün ərzaq dolu bir səbət göndərirdi. Bir gün şahzadə Filip mətbəxə gəldi və iki səbət gördü. Səbətin Harrods səbəti olduğunu soruşdu. Bunların şahzadə Çarlzın yetişdirdiyi meyvə-tərəvəz olduğunu deyəndə başını bulayıb çıxdı.
Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

Kraliça səhər qəhvəaltısında qarğıdalı yarması yeyir

Kraliçanın səhər yeməyi çox sadədir. Plastik qabda qarğıdalı yarması yeyir. Sonra isə çay içir.

Şahzadə Filip bir dəfə fəhlələrin yeməyini çox bəyəndi

Bir gün şahzadə Filip mətbəxə gəldi və "axşama nə yeyəcəyik?"-soruşdu. "Sizin üçün quzu budu hazırladıq"-dedik. Digər qabı göstərib "burada nə var"-deyə soruşdu. İşçilər üçün kotlet hazırladığımızı dedik. "Şahzadə kotlet yedi, biz isə quzu budunu yedik"-deyə Darren xatirələrini bölüşür.
Kral ailəsi nə yeyib-içir? — Keçmiş aşbaz SİRRLƏRİ AÇDI - FOTOLAR

mənbə: olke.az

OXŞAR XƏBƏRLƏR

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!   Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdə...

"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir - FOTOLAR

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə elm və t...

Rusiya səfiri Almaniya XİN-ə ÇAĞIRILDI

Rusiya səfiri Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.   Sfera.az AFP-yə istinadən xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyinin s...