Kosmosda 1 il qalan astronavtın DNT-si dəyişdi - ALİMLƏRDƏN QORXUNC PROQNOZ

Kosmosda 1 il qalan astronavtın DNT-si dəyişdi - ALİMLƏRDƏN QORXUNC PROQNOZ
Kosmosda uzun müddət qalan astronavtların cazibə qüvvəsinin olmaması səbəbilə boylarının uzandığını bilirik. 
 
Ancaq aparılan yeni araşdırmalar astronavtlarn genetikasının da dəyişdiyini üzə çıxarıb.
 
Sfera.az xarici mətbuata istinadən bildirir ki, NASA alimləri 1 ili kosmosda keçirdikdən sonra Dünyaya qayıdan Skot Kellinin DNT-sinin dəyişdiyini açıqlayıblar.
 
Belə ki, Skotla əkiz qardaşının DNT-ləri artıq bir-birindən çox fərqlidir. Alimlər bu dəyişikliyin 7 faiz təşkil etdiyini bildirirlər.
 
"Demək olar ki, Skot artıq bir il öncəki adam deyil. Artıq o genetik olaraq başqa biridir", deyə həkimlər bildiriblər.
 
Kosmosda qalmağın genetikaya təsirini nəzərə alan alimlər gələcəkdə Marsda və digər planetlərdə koloniyalar qurmağımız halında yeni insan növlərinin yaranacağını təxmin edirlər. 
 
Lalə Nəsirova

OXŞAR XƏBƏRLƏR