Kosmetika istifadə edənləri gözləyən dəhşətli təhlükə! - PROFESSOR AÇIQLADI

Kosmetika istifadə edənləri gözləyən dəhşətli təhlükə! - PROFESSOR AÇIQLADI
Aralıq dənizi Dərman Aromatik Bitkilər Dərnəyinin başçısı, professor Nazim Şekeroğlu kosmetik məhsulların dəriyə zərərlərini izah edib.

Sfera.az xəbər verir ki, professor Antalyada keçirilən "3-cü Beynəlxalq Kosmetik Konqres" çərçivəsində verdiyi açıqlamda kosmetik məhsulların tərkibində 170 kimyəvi maddə və ağır metallar olduğunu qeyd edib:

"Ölkəmizdə və dünyada kosmetik məhsulların istifadəsi getdikcə artır. İnsanlar gözəl olmaq, gənc qalmaq istəyirlər. Bunun üçün xüsusilə gənclər kimyəvi tərkibli kosmetik məhsullardan istifadə edirlər. Bir qadın gündə 12 fərqli kosmetik məhsul istifadə edir. Onların tərkibində 170 fərqli kimyəvi maddə var və əksəriyyəti ağır metallardan ibarətdir. Yemədiyiniz bir şeyi üzünüzə tətbiq etməyin. Əvəzinə daha təbii tərkibli məhsullara üstünlük verin".

Bir sıra qurumlarla birlikdə kimyəvi tərkibi olmayan sağlam kosmetik məhsullar istehsal etmək üçün çalışdıqlarını dilə gətirən Şekeroğlu sözlərinə belə davam edib:

"Beynəlxalq arenada Türkiyənin təbii kosmetikalarının ön plana çıxacağını düşünürük. Ən böyük istehsalçılar Çin və Hindistan olacaq. Türkiyə ilk beş ölkə arasında olacaq. Kosmetik məhsulların dövriyyəsinin dünyada 2025-ci ilə qədər 500 milyard dollara qalxması gözlənilir. Təbii kosmetikalar 50 milyard dollar təşkil edir. Lakin hesab edirəm ki, 2050-ci ildə təbii kosmetikalar 50 faizə çatacaq. Türkiyənin bu sektordakı payının daha da artacağını düşünürük".

Professor xüsusilə gənc yaşlarından tez-tez kosmetika istifadə edənlərdə dəri xərçəngi, iltihab və yaraların meydana gəlməsinin kosmetikaların tərkibindəki kimyəvi maddələrə bağlı olduğunu qeyd edib.
 
///publika.az

OXŞAR XƏBƏRLƏR

Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ

Bu gün saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində ərlə arvad qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlu...

Suiti öz şəhərinə qayıtmaq üçün 200 km üzüb - VİDEO

Təhlükəsizliyinə görə Kanadada ucqar bir çimərliyə köçürülən 200 kq çəkisi olan suiti doğma şəhərinə qayıtmaq üçün təxminən 200 km üzüb. Bu qədər məsafəni qət e...

Hollivud insanları aldadır: Alimlər narazıdırlar

“Oppenheimer” filmi və onun uğurları, eləcə də elmi nailiyyətləri əks etdirən digər filmlər müasir dövrdə artan tendensiyanın göstəricisidir. Elm, x...

Oğlunun Baliyə getməsinə görə vəzifədən uzaqlaşdırıldı

Permin keçmiş meri İlya Demkinin oğlu Cənubi Amerika və İndoneziyanı gəzib.   Sfera.az bildirir ki, sosial şəbəkələrdə İlyanın dəbdəbəli həyatı və ge...

Yaponiyada pilotsuz hava taksi xidməti istifadəyə veriləcək - FOTOLAR

Yaponiyada 2026-cı ildən hava taksi xidməti fəaliyyətə başlayacaq.   Sfera.az xəbər verir ki, Braziliyanın “Embraer-X” aviasiya korporasi...

Keniyanın müdafiə naziri helikopter qəzasında öldü

Keniyadakı respublikanın müdafiə qüvvələrinin başçısı Frensis Oqollanın olduğu hərbi helikopter qəzaya uğrayıb.   İnsident Qərbi Pokot və Elgeyo-Mara...