“Korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir”- Eynulla Fətullayev
21:11 / 10.03.2019
5572
Son illər yaranan qurumlardan biri olan Qida Təhlükəsizliyi Agentliyidir. Bu qurumun ətrafında isə söz-söhbətlər səngimir.
Sfera.az saytı bu dəfə tanınmış jurnalist Eynulla Fətullayevin Qida Təhlükəsizliyi Agentliyi haqqında sosial hesabından yazdığı statusu təqdim edir.
"Məncə, bu gün Azərbaycanda korrupsiyaya ən çox bulaşmış dövlət orqanı - Qida Təhlükəsizliyi Agentliyidir. Şəhərin canına düşüb bütün kafe və restoranlardan rüşvət yığırlar. Halbuki, beynəlxalq təşkilatların rəyinə görə, Azərbaycanda qida təhlükəsizliyi problemi katastrofik durumdadır.
Hər səhər, təxminən saat 5.00-dan - 8.00 qədər Təzə Bazarda ölü ətinin kilosunu 1 manatdan satırlar. Restoran və dönərxana sahibləri bu qara nöqtənin əsas müştərilərindəndir. Qida Təhlükəsizliyi Agentliyi bu qara bazardan rüşvət alır və belə cinayətlərə göz yumur... Məncə, bu Agentliyinin fəaliyyəti ciddi nəzarətə götürülməlidir.
Tanış olun: Qoşqar Təhməzli, Agentliyin rəhbəri, faktiki olaraq özümüzə və balalarımıza qarşı çirkin əməllərin iştirakçısı”.