Körpələrə də COVİD-19 peyvəndi vurulacaq – Müraciət edildi
17:18 / 15.09.2021
1500
6 aylıq
körpələrə, eləcə də 5 yaşına qədər olan uşaqlara da peyvənd vurula bilər.
Sfera.az
bildirir ki, bununla bağlı "Pfizer” və "Biontech” şirkətləri ABŞ Qida və Dərman
Agentliyinə müraciət edəcək.
Müraciətin
oktyabr ayında baş tutacağı gözlənilir. Digər tərəfdən vaksin yaşının 6 aylıq
uşaqlara qədər endirilməsinin ictimaiyyətdə narazılıq yarada biləcəyi qeyd
edilib.
Bundan
öncə, "Pfizer” şirkəti 5-11 yaşlı
uşaqlara peyvənd edilməsi istiqamətində oxşar addımı atmışdı.
Günay Rəsulqızı