Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU

Koronavirusu sürətlə yayan vasitə BƏLLİ OLDU
 Yeni növ koronavirus həmçinin nəcis vasitəsilə yoluxdurula bilər.

Sfera.az xəbər verir ki, COVID-19-un artıq nəcis və sidik ifrazatı ilə də yayılması haqda fərziyələr dəqiqləşib.

Amerika Səhiyyə Assosiasiyasının jurnalında yayımlanan məqalədə deyilir ki, bəzi xəstələrdə ilk mərhələdə ishal və qusma halları müşahidə olunub. Qızdırma və öskürək qeydə alınmayıb.

Diareya (ishal) koronavirusu sürətlə yayan ikinci vasitədir. Hətta Çinin Uhan şəhərində ilk yoluxanların 10 faizi bu yolla daşıyıcıya çevrilmişdi. Lakin mütəxəssislər bu durumdan xəbərsiz olduqları üçün əsas diqqəti nəfəs və tüpürcəklə keçən koronavirusa yönəltmişdilər. Hətta Amerikada ilk yoluxan şəxs də virusu nəcis vasitəsilə yayıb.

Sauthempton Universitetinin mütəxəssisi Uilyam Kivil bildirib ki, COVID-19 nəcis və sidik ifrazatı ilə yoluxdurulur. Odur ki, tualet və hamamı maksimal şəkildə təmiz saxlamaq, havanı tez-tez təravətləndirmək vacibdir.

"Virusun orqanizmdən xaric olandan sonra nə qədər aktiv qalacağı haqda bilgimiz yoxdur. Həmçinin hansı temperaturda məhv olduğu məlumatına sahib deyilik. Odur ki, gigiyenik qaydalara əməl edin, tualetinizi təmiz saxlayın", - Toronto Universitetinin professoru Devid Fisman deyib. (publika.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...