Koronavirusla bağlı şad xəbər
10:23 / 30.03.2020
2955
Alimlər koronavirusun mutasiya dərəcəsini araşdırıblar.
"Daily Mail” xəbər verir ki, onlar koronavirusun qrip virusu ilə müqayisədə, 8-10 dəfə daha gec mutasiyaya uğradığı qənaətinə gəliblər.
Bu da virusa qarşı bir sıra ölkələrdə hazırlanan peyvəndin insanları uzun illər COVID-19-dan qorumasına imkan yaradacaq.
Mütəxəssislər müəyyən ediblər ki, koronavirusun simptomları və xəstəliyin ağırlığı yoluxan şəxsin orqanizminin immun sistemindən asılıdır. /oxu.az