Koronavirusdan sağalan Dmitri Peskov evə buraxılıb

Koronavirusdan sağalan Dmitri Peskov evə buraxılıb
 COVID-19-la bağlı xəstəxanaya yerləşdirilən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov evə buraxılıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə o özü məlumat yayıb.

"Xəstəxanadan çıxmışam və hələ ki, karantindəyəm", - D.Peskov deyib.

Rusiya prezidentinin mətbuat katibi fəaliyyətini evdən davam etdirəcəyini bildirib.

Qeyd edək ki, D.Peskov mayın 12-də koronavirusa yoluxduğunu açıqlamışdı.

OXŞAR XƏBƏRLƏR