Koronavirusdan qorunmaq üçün iş geyimlərinizlə BELƏ davranın

Koronavirusdan qorunmaq üçün iş geyimlərinizlə BELƏ davranın
 

Koronavirusla mübarizə tədbirləri çərçivəsində iş geyimləri ilə əlaqədar müəyyən edilən tövsiyələr açıqlanıb.

Sfera.az trend-ə istinadən xəbər verir ki, gigiyena etiketi xəstəlik və xəstəliyin yayılmasının qarşısını alan təcrübələri əhatə edir. Ağır tənəffüs yolu xəstəlikləri isə öskürmə və ya asqırma zamanı, çirkli əllər vasitəsilə daha tez yayılır.

Xəstəliyin yayılmasının qarşısının alınmasına kömək edən yollar:

  • Öskürmə və asqırma zamanı ağız və burun dəsmal və ya məndillə bağlanmalı;
  •  İstifadə olunmuş dəsmal zibil qutusuna atılmalı;
  •  Dəsmal olmadıqda isə öskürmə və asqırma zamanı qolun üst (bazu-çiyin) nahiyəsi ilə ağız və burun bağlanmalıdır;
  • Əllər tez-tez yuyulmalıdır.

İş geyimi ilə əlaqədar gigiyenik qaydalar: 

  •  İşə başlamazdan əvvəl üst paltarı, ayaqqabı, şəxsi əşyalar qarderoba yerləşdirilməlidir;
  •  İş və şəxsi geyimləri müxtəlif dolablarda saxlanılmalıdır;
  •  İş geyiminə xüsusi forma, xalat, önlük, başlıq və ayaqqabı aiddir;
  • İşə başlamazdan əvvəl əllər sabunla təmiz yuyulmalı, təmiz işçi forması geyinilməli, saçlar örtük altında yığılmalı və ya xüsusi tor materialdan hazırlanmış başlıqlardan (bone) istifadə edilməlidir;
  • İş zamanı təmiz paltarda olmalı, çirkləndikdə dəyişdirilməlidir;
  •  Sanitar qovşağa getdikdə önlük, başlıq çıxarılmalı, əllər sabunla təmiz yuyulduqdan sonra təkrar geyinilməlidir;
  •  Çirkli iş geyimlərinin ev şəraitində yuyulmasına yol verilmir. İş geyimləri yalnız

ixtisaslaşmış çamaşırxanalarda yuyulmalıdır;

  • İşçi formasında məkandan kənara çıxmaq arzuolunmazdır;
  • Baş örtükləri saçları tam olaraq əhatə etməlidir ki, bu da kəpək və tükün qida məhsullarına və hazır yeməklərə düşməsinin qarşısını alır. Saçların təmizliyi də önəmlidir. Kişilər saçlarını vaxtı-vaxtında kəsdirməli və üzünü təraş etməlidir.

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...