Koronavirusdan ölənlərin sayı 1500-ü keçdi

Koronavirusdan ölənlərin sayı 1500-ü keçdi

Çində koronavirusun yeni növünə (COVID-2019) yoluxanların sayı 66 min 578, bu virus səbəbindən ölənlərin sayı isə 1524 nəfərə çatıb. Ötən sutka ərzində 2641 yoluxma və 143 ölüm faktı qeydə alınıb. Ölüm hallarından biri paytaxt Pekində baş verib.

Sfera.az xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayında azalma tendensiyası davam edir. Hazırda yoluxma şübhəsi olanların sayı 8123 nəfərdir. Sağalıb xəstəxananı tərk edənlərin sayında isə artım davam edir. İndiyədək 8123 nəfər sağalaraq xəstəxananı tərk edib. Həkimlər onların yenidən virusa yoluxmalarını istisna etmirlər.

Virusa yoluxanlardan 11 min nəfərin vəziyyəti ağır qiymətləndirilir. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın ünsiyyətdə olmuş 513 min nəfəri müəyyən edib, onlardan 169 mini həkim nəzarətinə alınıb.

 

Ötən sutka ərzində koronavirusa ən çox yoluxma (2277 nəfər) və ölüm (139 nəfər) virusun episentri olan Xubey vilayətində qeydə alınıb. (yeni sabah)


OXŞAR XƏBƏRLƏR

Prezident quru sərhədlərin bağlı qalmasının SƏBƏBİNİ AÇIQLADI

“Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşah...

Silva "Barselona"ya KEÇƏCƏK? - Gələn yay...

"Mançester Siti"nin yarımmüdafiəçisi Bernardo Silva klubdakı müddətinin başa çatdığını hesab edir.   Sfera.az bildirir ki, portuqaliyalı fu...

Azərbaycan ABŞ ilə maliyyə sektorunda əməkdaşlığı möhkəmləndirməyi MÜZAKİRƏ ETDİ

Azərbaycan və ABŞ-nin maliyyə sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsi imkanları müzakirə edilib.   Sfera.az xəbər verir ki, bunu Azərbayc...

"Bu, açıq xəbərdarlıqdır" - Kim Çen nüvə ilə bağlı TAPŞIRIQ VERDİ

Şimali Koreya dünən keçirdiyi raket sınağını təsdiqləyib.   Sfera.az bildirir ki, bu barədə ölkənin rəsmi mətbuatında məlumat dərc edilib. Şimali Ko...

"Qızıl Top" sahibi Kloppu əvəz edə bilər 

Yurgen Kloppun "Liverpul"un baş məşqçisi postundan getməsi ilə klubda almaniyalının yerinə kimin keçəcəyi sualı aktuallaşıb.   Sfera.az bil...

Bakı-Ağstafa sürət qatarının dayanacaqlarından biri müvəqqəti LƏĞV EDİLDİ

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri aparıldığından həmin dayanacaq müvəqqəti ləğv edilib. &nb...