Koronavirusa yoluxmanın azalmasına isti hava təsir edib? - Həkimdən AÇIQLAMA

Koronavirusa yoluxmanın azalmasına isti hava təsir edib? - Həkimdən AÇIQLAMA
Hava şəraitinin davamlı şəkildə isti keçməsinin koronavirus statistikasına da təsir etdiyi bildirilir. Belə ki, günəş şüalarının virusu məhv etdiyi və bu səbəblə gündəlik olaraq yoluxma sayında azalmanın olduğu deyilir.
 
Maraqlıdır, koronavirusun yeni ştammlarına da isti hava şəraiti təsir edə bilər? Ümumiyyətlə, günəş şüasının koronavirusa təsir etmə fikri nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı Sfera.az-a danışan radioloq həkim Aydın Əliyev hava şəraitinin xəstəliyə təsir etmədiyini bildirib:

"Biz dəfələrlə demişik ki, koronavirusa yoluxma xəstə insandan hava damcı yolu ilə keçə bilər. Yəni 50 dərəcə isti olsa belə, bu prosesin qarşısı alına bilməz. Lakin səthə düşən virusa günəş şüası təsir edə bilir. Bu isə ciddi nəticə deyil ki, yoluxma azalsın. Koronavirusun yeni mutasiyaları da günəş şüasına qarşı dözümlüdür və isti hava şəraiti yoluxmanı azalda bilməz". 

A.Əliyev virusa yoluxmanın kəskin azalmasından da danışıb:

"Belə fikirlər varki, koronavirusa yoluxmanın azalmasına səbəb kəskin istilərin olmasıdır. Bu, düzgün fikir deyil. Kütləvi şəkildə vaksinasiya yoluxma statistikasına müsbət mənada təsir edir. İmmun sisteminin yaranması hətta virusa yoluxanlarda belə xəstəliyin hiss olunmaması ilə nəticələnib. Bu səbəbdən də biz gündəlik olaraq 50-dən az insanın koronavirusa yoluxduğunun şahidi oluruq". 

Əzizə Zeynal
Sfera.az 


OXŞAR XƏBƏRLƏR