Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - SİYAHI

Koronavirusa yoluxanlar bu xəstəxanalardadır - SİYAHI
 

Azərbaycanda hazırda 1806 koronavirus xəstəsi müalicə olunur.

Sfera.az  xəbər verir ki, TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bu xəstələrin hansı xəstəxalarda yerləşdirilməsi barədə məlumat verib. 

Onun sözlərinə görə, paytaxtda Tibb Universitetinin Terapevtik Klinikasında 87, Cərrahiyə Klinikasında 121, Mərkəzi Neftçilər Xəstəxanasında 85, 2 saylı şəhər Klinikasında 72, 7 saylı uşaq xəstəxanasında 81, Ağciyər xəstəlikləri İnstitutunun xüsusi bölməsində 5, Bakı Sağlamlıq Mərkəzində 52, Yeni Klinikada 70 nəfərə yaxın xəstə müalicə alır.

Masallı rayonunda 140, Qobustanda 53, Şəmkirdə 80, Goranboyda 126 nəfər və qalanları isə digər xəstəxanalarda müalicəsini davam etdirir.

R.Bayramlı əlavə edib ki, xüsusi karantin rejimi üçün ilk olaraq 5 mindən artıq çarpayı ayrılıb:

"Modul tipli xəstəxanaların açılışından sonra 2 min çarpayının da istifadəyə verilməsi gözlənilir. Ümumilikdə 7 mindən artıq çarpayı fondumuz olacaq. Hazırda 1806 nəfərin müalicə olunduğunu nəzərə alaraq xəstəxanaların doluluq nisbətini və çarpayı fondumuzun vəziyyətini müəyyən etmək olar".


OXŞAR XƏBƏRLƏR

Şolts: "NATO Rusiya Federasiyası ilə müharibə vəziyyətində deyil"

NATO ölkələri Ukraynanı dəstəkləyir, lakin blokun Rusiya ilə müharibə etməməsi vacibdir. Sfera.az xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Br...

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...