“Koronavirusa görə Azərbaycanda xəbər saytlarının oxunması 60 faiz artıb”

“Koronavirusa görə Azərbaycanda xəbər saytlarının oxunması 60 faiz artıb”

"Hazırda dünyanın əksər ölkələrində COVID-19 virusu yayılıb. Belə dövrlərdə insanlar informasiyaya qarşı daha həssas və daha tələbkar olurlar”.  

 

 

Sfera.az xəbər verir ki, bu fikirləri PR və müasir media üzrə mütəxəssis Anar Əskərov bu gün "103 FM” radiosunun "Texnopolis” verilişində böhran dövrlərində informasiyanın idarə edilməsi ilə bağlı danışarkən deyib.  

Mütəxəssis ölkənin əsas xəbər saytlarının yeddisindən toplanan məlumatlara istinad edərək deyib ki, Çində COVID-19 virusu ilə bağlı karantin rejiminin tətbiqindən sonra Azərbaycanda xəbər saytlarının oxunması 60%-ə yaxın artıb: "Virus daha yaxın ölkələrdə yayıldıqca, artım sürəti də yüksəlib”.  

Belə bir anda kütləvi informasiya vasitələrinin (KİV) üzərinə ciddi öhdəlik düşdüyünü bildirən Anar Əskərov oxucuları da daim əldə etdiyi informasiyanın doğruluğunu sorğulamağı və yalnız rəsmi və ciddi informasiya mənbələrinin yaydığı məlumatları əsas götürməyə səsləyib.  

Onun bildirdiyinə görə, saxta və yalan xəbərlər insanlar arasında təşviş yaradır, nəticədə prosesin daha da nəzarətdən çıxmasına səbəb olur: "Hazırda rəsmi qurumların və media orqanlarının apardığı inzibati və maarifləndirmə tədbirləri isə bu növ xəbərlərin azalmasına və təsirinin yox olmasına imkan yaradır”. 

Anar Əskərov bildirib ki, informasiya azlığı saxta xəbərlərin, virusla bağlı miflərin yaranmasında və yayılmasında ən böyük amillərdən biridir. Bu səbəbdən o hesab edir ki, ekspertlərin və məşhur şəxslərin də prosesə qoşulması, maarifləndirmə işində media qurumlarına dəstək olması olduqca vacib və faydalı addım olar: "İnsanlar bir proses haqqında daha dolğun məlumata sahib olduqca ona qarşı yanaşması da daha təmkinli və nəzarətli olur”.  

O, həmçinin qeyd edib ki, bu hadisələrdən sonra insanlar etibarlı mənbələri daha çox tanıyacaq və saxta xəbərlər paylaşan şəxslər, qurumlar öz işlərinin nəticələri haqqında daha çox düşünməyə vadar olacaqlar. /Oxu.az


OXŞAR XƏBƏRLƏR

Yumurta kəskin ucuzlaşdı - Qiymətlər daha da ENƏCƏK?

İri ticarət şəbəkələrində yumurtanın qiyməti kəskin azalıb. Əvvəllər 16-17 qəpiyə satılan yumurta bir neçə gündür ki, 10-12 qəpiyə təklif olunur. Görünən odur k...

Süni intellekt həkimlərin işini yüngülləşdirəcək

"Mass General Brigham MESH" inkubatorunun tədqiqatçıları süni intellektə (AI) əsaslanan çatbotların dərmanları izləmək və məhdudlaşdırmaq üçün istifad...

Polis sosial şəbəkələrdə paylaşdığı fotoya görə işdən çıxarıldı

ABŞ-da bir polis məmuru bir fotoşəkilə görə işindən qovulub.    Sfera.az bildirir ki, Maykl Resçke məşhur gənclər sosial şəbəkəsi “Snapcha...

Orban: "Qərbin Ukraynaya qoşun göndərməsinə bir addım qalıb"

Qərbin Ukraynaya qoşun yeritməyə bir addım qalıb. Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban deyib. &...

Aİ-dən Qazaxın 4 kəndinin qaytarılmasına - REAKSİYA

“Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında danışıqları və dayanıqlı həlli tam dəstəkləyir”.   Sfera.az xəbər verir ki, bununla bağ...

“Tik-Tok”da baxdığı videodakı dilənçi qardaşı çıxdı - VİDEO

54 yaşlı evsiz Xorxe Pineda sosial media sayəsində 13 ildən sonra bacısı Beatrislə yenidən bir araya gəlib.    Sfera.az bildirir ki, bu heyrətam...