Dünya

Koronavirus Türkiyənin yerli avtomobilini də “vurdu”

Koronavirus Türkiyənin yerli avtomobilini də “vurdu”
 Mobil Dünya Konqresi-2020-nin (MWC-2020) ləğv edilməsi Türkiyənin yerli avtomobili üçün nəzərdə tutulan qlobal başlanğıc planlarını suya düşürüb.

Sfera.az ted.az-a istinadən bildirir ki, Türkiyənin Avtomobili Təşəbbüs Qrupunun (TOGG) imza atdığı yerli avtomobil layihəsi dünyanın ən böyük texnologiya sərgilərindən olan MWC-2020-də sərgilənəcəkdi. Ancaq MWC-2020-nin koronavirus təhlükəsindən dolayı ləğv edilməsi bu qlobal təqdimatın üstündən xətt çəkib.

Hələlik TOGG-dan bu barədə hansısa rəsmi açıqlama verilməyib. Ancaq Türkiyənin yerli avtomobil modelinin mütləq başqa bir sərgidə qlobal bazar üçün canlı olaraq təqdimi nəzərdə tutulur.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930