"Koronavirus turizmə necə təsir edəcək?"-AÇIQLAMA

Koronavirusun Çində aşkarlanması və dünyaya sürətlə yayılması prosesi müxtəlif sahələrə olduğu kimi turizm sahəsindən də təsirsiz ötüşməyib.
Koronavirus daxili turizmə və martda ölkəmizə daxil olacaq turist axınına necə təsir edəcək?

Sfera.az xəbər verir ki, Mövzu ilə bağlı Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov Sonxeber.az-a danışıb. O, bildirib ki, koronavirusun təkcə Azərbaycan turizminə deyil, dünya turizminə də mənfi təsiri olacaq:


"Novruz bayramı ərəfəsində əsasən Azərbaycana gələn qonaqlar İran dövlətinin vətəndaşlarıdır. Nəzərə alsaq ki, KİV-də Çindən sonra koronavirusun ən çox yayıldığı ölkə İran olduğu bildirilib. Həmçinin onların səfərə çıxacaqlarına inanmırıq. Gəlmək istəsələr belə, ümid edirəm ki, o zamana kimi İranla sərhədimiz bağlı olacaq. Əgər bunu əksi olsa, digər dövlətlər yaxın gələcəkdə Azərbaycanı arzuolunmaz ölkə siyahısına salacaqlar. Bu gün bütün dünya Avopa və digər dövlətlərdə heç kim turist səfərlərinə çıxmaq istəmir, yəni imtina edirlər. Belə ki, dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da turist sayı azalacaq. Sadəcə biz elə etməliyik ki, ölkəyə gələn turistlərdən yerli vətəndaşlarımız az ziyan alsınlar. Onunla bağlı biz lazımı addımları atırıq. Sözssüz ki, turist sayı az olduğu zaman istər-istəməz qiymətlər düşəcək. Daxili turizmə gəldikdə isə səfərə gedə bilməyən vətəndaşlarımız bizim bölgələrimizə üz tutacaqlar. Bununla bağlı müəyyən qədər üstünlük ola bilər, xüsusən də bölgələrdə yerləşən otellərə axın ola bilər".


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...