“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə verilir
17:30 / 08.11.2019
2730
Noyabrın 9-da səhər saatlarından "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.
Bakı Nəqliyyat Agentliyindən Sfera.az-a verilən məlumata görə, ətraf kənd və qəsəbələr, eləcə də, digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.