Könüllülük - vətənpərvərlik və insansevərlik nümayişidir

Könüllülük - vətənpərvərlik və insansevərlik nümayişidir
 Könüllülük öz iradəsi və müstəqil seçimi əsasında  əvəzi ödənilməz fəaliyyət növüdür. Könüllülük vətənpərvərlik və insansevərlik nümayişidir. Könüllü olmaq mənəvi dəyərlərin  daşıyıcısı olmaqdır. Könüllülük fərqli düşüncələrə hörmət bəsləməkdir. Könüllü olmaq, başqasına xoş enerji ötürməyin, xoşbəxt etməyin ən gözəl hiss olduğunun fərqinə varmaqdır. Könüllü olmaq, bütün hisləri eyni anda yaşamaqdır. 
Aprel döyüşləri zamanı, həkim briqadasının tərkibində hərbi hospitala  könüllü  yollanmaq qərarı almış anama göz yaşları ilə mane olan 14 yaşlı qızı xatırlayıram. Qorxurdum. Müharibə zonasına çox yaxın olduğumuzdan səslər 24 saat eşidilirdi. Anam evə gəlib, könüllü olaraq gedəcəyini açıqlayanda qardaşımla ona mane olmaq üçün hər cür cəhd göstərməyimizə baxmayaraq, cəbhəyə yollanmışdı.
Tariximizin  ən böyük, təsvirolunmaz təmənnasız könüllülük aktı, əlbəttə ki, vətənin müdafiəsinə  könüllü yollanmağımızdır. Həm də  kişi‐qadın fərq etmədən. Dünya tarixində müasir mənada  könüllü fəaliyyət anlayışına ilk dəfə XVII əsrdə Fransa ordusunda rast gəlinir. Bu anlayış könüllü hərbçi olmaq istəyən fransızların qeydə alınmasından sonra meydana çıxıb. 1881‐ci ildə isə ABŞ‐da  vətəndaş müharibəsi zamanı qadınların könüllü olaraq tibb bacısı kimi fəaliyyət göstərməsi minlərlə  könüllünü  ətrafında birləşdirən Amerika Qırmızı Xaç Təşkilatının yaranmasına səbəb oldu.  
Azərbaycan  Respbubilkasının  Prezidenti cənab İlham Əliyevin  və Birinci  vitse-prezident Mehriban  xanım Əliyevanın çağırışlarına  cavab olaraq,  Azərbaycanda  fəaliyət  göstərən  könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış `Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi`  (AKƏM) öz fəaliyyətini dəvam etdirməkdədir.
Xeyriyyəçilik və  könüllülük Azərbaycan insanının qoşa qanadı kimi onu kamillik zirvəsinə  doğru uçurmaqdadır. Bu prosesin  ən enerjili,  ən həvəsli aparıcı qüvvəsi isə biz- Azərbaycan gəncləriyik.  Prezident İlham Əliyevin Sərəncamı ilə 2020-ci ilin Azərbaycanda "Könüllülər ili” elan olunması könüllü fəaliyyətlə məşğul olan  insanların əməyinə verilən daha bir yüksək qiymətdir.
Könüllülüyün mənə görə ən gözəl tərəfi isə, fərdi inkişafa olan təsiridir. Könüllülük fəaliyyətinin özü nə dərəcədə sosial faydalıdırsa, bir o qədər  də şəxsi inkişaf konseptidir.  Şəxsi inkişaf üçün könüllü fəaliyyət qədər ikinci münbit bir mühit hələ ki, kəşf edilməyib.
Bir çox gənc, eləcə də, aylar əvvəlki, könüllülük fəaliyyətləri ilə hələ heç tanış olmamış mən – Səbinə üçün sosial şəbəkə tamamilə əyləncə məqsədi güdürdü. Musiqi, gülməli videolar, oyunlar vaxtımın çox hissəsini "yeyirdi”, amma bu, məni narahat etmirdi. Bu "vaxt öldürmək” dərdindən məni könüllülük xilas etdi. Sosial şəbəkələrdə çoxsaylı əyləncə sahələriylə yanaşı, şəxsi inkişaf və karyera qurmaqla bağlı yüzlərlə səhifə vardır. 
Bəzən biz tələbələr ali məktəblərdə  qazandığımız  biliyin tətbiqi məsələlərində  çətinliyə  düşürük. Biz özümüzü hansı sahələrdə reallaşdıra biləcəyimiz barədə  təsəvvürlərə malik olmuruq. Müvəqqəti olaraq bəzi işlərdə  özümüzü  sınamağa başlayırıq. Doğru yolu tapa bilmədiyimiz üçün də  bu müvəqqəti işdə uzun illər heç bir zövq almadan işləməyə  məcbur oluruq. Belə bir məqamda mənim təklifim biz gəncləri doğru istiqamətə  yönləndirən könüllülük hərəkatına qoşulmaqdır.   
Ətrafımda övladlarını könüllülük fəaliyyətlərinə qatılmağına icazə verməyən valideynlər də az deyil. Mən onlara bu vasitə ilə səslənmək istəyirəm:
Əziz valideynlər!  
Övladlarınızın könüllü kimi formalaşmasına dəstək olun. Gənclərin ilk müəllimləri onların valideynləridir. Onlar ailələrində görüb ‐ götürdükləri bilik və bacarıqla kiçik yaşlarından böyük  cəmiyyətə  ‐  məktəbə  yola düşürlər. Uşaqlar böyüdükcə ev ‐ məktəb cütlüyünə  küçə , məhəllə ,  şəhər kimi daha geniş mühitlərdə qoşulur. Bir gəncin yetişməsi bu mühitlərin   məhsuldarlığından birbaşa asılıdır. 
Şübhəsiz ki, valideynlər öz övladları üçün hər şeyin ən yaxşısını istəyir. Amma bilmək vacibdir ki, universitet diplomu ilə yanaşı bir neçə sertifikat almaq da övladınızın uğurudur.
Mən də öz növbəmdə gənclərə boş zamanlarını həm özləri, həm də ətrafındakılar üçün faydalı etmək məqsədi ilə könüllü layihələrə qoşulmalarını məsləhət görərdim. 

OXŞAR XƏBƏRLƏR

"Bakı ən çox xarici investisiya qoyulan 3 şəhərdən biridir" – Mikayıl Cabbarov

2023-cü ildə ən çox birbaşa xarici investisiya yatırılan şəhərlərin reytinqində Bakı üçüncü yerdə qərarlaşıb.  Sfera.az xəbər verir ki, bu haqda məlum...

Mbappe milyonlarla avrodan buna görə imtina edəcək 

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa klubunu tərk edərək təxminən 130 milyon avrodan imtina edə bilər.   Sfera.az bildirir ki, forvard bu mövsüm al...

"Əlvida, Cavanşirsiz..." - Firuzə İbadovadan GÖZLƏNİLMƏZ AÇIQLAMA

“Cavanşirsiz səhnəni tərk edirəm!”   Sfera.az xəbər verir ki, bu barədə Medianews.az-a açıqlamasında Əməkdar artist Firuzə İbadova bildir...

Kobaxidze Viktor Orbanla GÖRÜŞƏCƏK

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərlik etdiyi nümayəndə heyəti Macarıstana səfərə gedib.   Sfera.az xəbər verir ki, məlumatı Gürcü...

ABŞ-nin 61 milyard dollarlıq hərbi yardım paketi: Ukraynaya hansı silahlar veriləcək?

Xəbər verdiyimiz kimi, ABŞ Senatı Ukraynaya 61 milyard dollarlıq hərbi yardım paketini qəbul edib və qanun layihəsi imzalaması üçün Prezident Co Bayde...

"Universitetlərdə qızların geyimləri, oğlanların isə..." - Ekspert tələbələrlə bağlı qadağaları TƏNQİD ETDİ

Bir sıra universitetlərdə qız tələbələrin geyimlərinə, oğlan tələbələrin isə saqqal saxlamalarına qadağa qoyulduğunun şahidi olmuşuq.   Bəs bu qadağ...