Könül Nurullayeva: Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir

Könül Nurullayeva: Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir
 Sosial layihələrin icrası və regionların sosial-iqtisadi inkişafı pandemiya dövründə də davam etdirilir.

Bunu trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Deputat bildirib ki, Azərbaycanda insanların sosial qayğılarının həlli yalnız paytaxtla məhdudlaşmır, bu proses bütövlükdə ölkə ərazisini və ən əsası, əhalinin bütün kateqoriyalarını əhatə edir:

"Bu həftə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Şamaxıya səfəri zamanı istismar müddəti başa çatmış binalarda yaşayan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə tikilən mənzillərin istifadəyə verilməsi də bu siyasətin tərkib hissəsidir. Məlumdur ki, ötən il baş verən təbii fəlakət zamanı xeyli sayda vətəndaşımızın mənzilinə zərər dəyib. Doğrudur, problemin kökündə vətəndaşların öz əmlaklarını vaxtında sığorta etdirməməsi dayanırdı. Yəni belə olan halda əslində dövlətin yardımla bağlı hər hansı öhdəliyi yox idi. Bununla belə, dövlət bu çətin vəziyyətdə lazım olan bütün dəstəyi göstərib və cənab Prezidentin tapşırığına əsasən, evləri qəzalı vəziyyətə düşən vətəndaşlarımız üçün yeni mənzillər inşa edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan sosial dövlətdir və hər zaman öz vətəndaşının yanındadır".

Deputat vurğulayıb ki, məlum olduğu kimi, pandemiya bütün dövlətlər, o cümlədən Azərbaycanın da iqtisadiyyatına mənfi təsir edib:

"Eyni zamanda, dövlət büdcəsində nəzərdə tutulmayan əlavə xərclər meydana çıxıb və insanların pandemiyadan minimum zərərlə çıxması istiqamətində preventiv addımlar atılıb. Bununla belə, dövlət başçımızın da hər zaman bəyan etdiyi kimi, bu mürəkkəb vəziyyətdə də heç bir sosial layihə təxirə salınmayıb. Elə Şamaxıda yeni mənzillərin, eyni zamanda Heydər Əliyev Fondunun dəstəyi ilə inşa və təmir olunun yeni körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunu bir daha təsdiq edir. Bu layihələrin icrası böhranın miqyasını genişləndirən pandemiya dövründə ölkəmizdə sosial layihələrin davamlılığını göstərməklə yanaşı, eyni zamanda regionların sosial-iqtisadi inkişafına xidmət edir".

OXŞAR XƏBƏRLƏR

Dünyanın ən cazibədar kişisi idi: Ağır xəstəlik Alen Delonu necə dəyişdirdi?

88 yaşlı dünya kinosu əfsanəsi Alen Delonun qızı Anuşka Delon 71,6 min abunəçisi olan sosial şəbəkə səhifəsindəki paylaşımı ilə hər kəsi kədərləndirib.  ...

Qazaxıstan və Britaniya tərəfdaşlıq sazişi imzaladı

Qazaxıstan və Britaniya strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayıb.   Sfera.az xəbər verir ki, bunu ölkənin baş nazirinin müavini və...

Gürcüstan parlamentinin sədri AŞ-dən izahat tələb etdi

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Litva səfirliyindən Avropa Parlamentinin üzvü Petras Austraviçiusun açıqlamaları ilə bağlı izahat tələb edib. &n...

Bayden ABŞ-də “TikTok”u qadağan edən qanunu imzaladı

ABŞ Prezidenti Co Bayden ölkədə “TikTok”u qadağan edən qanun imzalayıb.   Qanuna əsasən, əgər yaxın 9-12 ay ərzində sosial şəbəkənin sahi...

Prezidentlər Aytmatovun abidəsinin açılışında... - FOTO

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Bakıda görkəmli qırğız yazıçısı Çingiz Aytma...

Bakıda Qırğız kino günlərinin açılışı oldu

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda Qırğız Mədəniyyəti Günləri davam edir. Silsilə tədbirlər çərçivəsində Nizami Kino Mərkəzində Qırğız kino...