Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi

Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi
Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.
 
Sfera.az xəbər verir ki, millət vəkilinin qərargahından verilən məlumata görə, deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

Görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın xaricdə müalicə almasına maddi dəstəyin göstərilməsi, məhəllədaxili yola asfalt örtüyünün döşənməsi, yaşayış binasının dam örtüyünün təmir olunması, şəhidimizin əziz xatirəsinə həsr olunan kitabın dərc olunmasına maddi yardımın edilməsi, orta məktəbə şəhidin adının verilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, məşğulluq probleminin aradan qaldırılması və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı məsələlər başlıca yer almışdır.

Seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülüb və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.


OXŞAR XƏBƏRLƏR

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır.   Sfera.az-ın məlumatına ...

Laçında usta bədbəxt hadisə nəticəsində öldü

Laçında bədbəxt hadisə baş verib.   Sfera.az xəbər verir ki, hadisə rayonun Hacısamlı kəndində qeydə alınıb. 1996-cı il təvəllüdlü Rəsulov Zəka Rəsul...

Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.   Bu barədə Sf...

Hakan Fidan iranlı həmkarı ilə regionu müzakirə etdi

Türkiyə xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.   Sfera.az Türkiyə mediasına istina...

Ombudsmanla əlaqədar yeni vəzifə müəyyənləşib

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) dövlət icbari şəxsi sığorta ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməli olan s...

Bakıda saxta “Fairy”, “Domestos”, “Perwol” və “Prill” qablaşdıran sex aşkarlandı - FOTO

Dövlət Vergi Xidmətinin (DVX) Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsi tərəfindən Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsindəki ət kombinatının ...