Könül Nurullayeva: \"Beynəlxalq təşkilatlar Ermənistanın destruktiv davranışlarına sərt reaksiya verməlidir\"

Könül Nurullayeva: \
 "Ermənistanın bütün davranışları beynəlxalq hüququn norma və prinsipləri ilə ziddiyyət təşkil edir”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Milli Məclisin üzvü qeyd edib ki, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində təşkil edilən qondarma andiçmə mərasimi, bu şouya təcavüzkar ölkənin hökumət başçısı Nikol Paşinyanın da qatılması uzun illərdir davam edən destruktiv siyasətin davamıdır. "Bu, eyni zamanda onu göstərir ki, beynəlxalq qurumların, xüsusilə ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğalçı ilə öz dilində danışmağının vaxtı çoxdan çatıb. İşğalçı ilə işğala məruz qalan tərəf arasında fərq qoymağın vaxtıdır. Çünki bu davranış ilk növbədə sülh prosesinə zərbədir. 

Halbuki vasitəçilər mütəmadi olaraq xalqların sülhə hazırlanması ilə bağlı çağırışlar edir. İşğalçı ölkə isə nəinki buna məhəl qoymur, hətta bu çağırışları intensiv şəkildə pozmaqdan çəkinmir”, - deyə Könül Nurullayeva bildirib.
 
Məsələ burasındadır ki, Azərbaycanın işğal altındakı ərazilərində qeyri-qanuni şəkildə təşkil olunan qondarma seçki və inauqurasiya şousu Nikol Paşinyanın xüsusilə beynəlxalq qurumların tribunasında münaqişənin əsl mahiyyətindən diqqət yayındırmaq, daha doğrusu, beynəlxalq ictimaiyyəti açıq şəkildə aldatmaq cəhdləri ilə də ziddiyyət təşkil edir: "Bu, bir daha təsdiqləyir ki, Ermənistan rəhbərliyinin mütəmadi olaraq "sülhpərvər" mövqe nümayiş etdirmək cəhdləri imitasiyadan başqa bir şey deyil. 

Bu pozucu davranış birbaşa regionda "status-kvo"nun qorunub saxlanmasına hesablanıb. Amma bu, uzun müddət davam edə bilməz. Rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi prinsipial və aydındır. Azərbaycanın ərazi bütövlüyü heç bir halda danışıqlar predmeti olmayıb və olmayacaq”.
 
(report.az)

OXŞAR XƏBƏRLƏR

Real Barbi olmaq istəyir - FOTOLAR

28 yaşlı Eşli Kimberli Barbi kuklasına oxşamaq üçün əməliyyatlara 80 min funt sterlinqdən çox pul xərcləyib. Amma modelin sözlərinə görə, hələ də işini tam biti...

Süni intellekt sayəsində Platonun dəfn edildiyi yer müəyyən edildi - FOTO

Piza Universitetinin alimləri məşhur filosof Platonun dəfn yerini müəyyən edə biləcəklər.   Sfera.az bildirir ki, tədqiqatçıların araşdırması İtaliya...

“Bi-2” qrupu Moldovadan vətəndaşlıq istədi

Rusiyanın “Bi-2” qrupunun bir neçə üzvü müharibə əleyhinə mövqelərinə görə bir sıra təqiblərdən sonra Moldova vətəndaşlığı üçün müraciət edib. Bu ba...

Beyons pərəstişkarlarına təbii saçlarının necə göründüyünü göstərdi

Məşhur superstar Beyons pərəstişkarlarına saçlarına necə qulluq etdiyini göstərib. O, sosial şəbəkə səhifəsində gözəllik salonundan görüntülər yayımlayıb. &n...

"Super ana": 38 ildə 74 yeniyetməni övladlığa götürdü

83 yaşlı Norma Şou və həyat yoldaşı İan 38 ildə 74 yeniyetməni övladlığa götürüb.    Sfera.az bildirir ki, ana olduğu müddətdə Norma Şou çox şey...

100 il itmiş hesab edilən tablo Vyanada hərracda çıxarıldı

Avstriya paytaxtının hərrac evlərinindən birində məşhur avstriyalı modernist rəssam Qustav Klimtin 100 il ərzində itmiş hesab edilən yarımçıq qalmış əsəri hərra...