Dünya

Konsulun evindəki quyuda “kislota” tapıldı

Konsulun evindəki quyuda “kislota” tapıldı
Səudiyyəli jurnalist Camal Kaşıkçının İstanbul Baş konsulluğunda qətli ilə əlaqədar aparılan istintaq çərçivəsində yeni məlumat əldə edilib.
 
Səudiyyə Ərəbistanının Türkiyədəki konsulunun evində hidroflorik turşu və bəzi xüsusi kimyəvi məhlulların izinə rast gəlinib. Bu barədə "Əl Cəzirə” İstanbul Cumhuriyyət Baş Prokurorluğundakı mənbəsinə istinadən xəbər yayıb. 

Mənbə həmin izlərin evin quyusu və kanalizasiyasında aşkarlandığını deyib: "Əldə etdiyimiz nəticələrə görə, Kaşıkçının bədəni tamamilə turşu ilə əridilib. Geriyə heç nə qalmayıb”. 
 
 
AdRiver

XƏBƏR LENTİ