Kompüterləri ən tez sıradan çıxan istehsalçılar - Siyahı
19:40 / 17.03.2018
2989
"Rescuecom” şirkəti servis mərkəzlərinin nümayəndələri ilə söhbətlər nəticəsində əldə olunan məlumatların tədqiqatını apararaq kompüterləri tez sıradan çıxan şirkətləri müəyyənləşdirib.
Sfera.az bildirir ki, birinci yeri 37,3 faiz göstərici ilə "HP” şirkəti tutub.
Bu istehsalçının qurğularından yararlanan hər üçüncü istifadəçi sistemin işində yaranan problemlərlə rastlaşa bilər. İkinci sırada 22,4 faiz göstərici ilə "Dell” istehsalçısı, üçüncü pillədə isə 7,3 faizlə "Lenovo” şirkəti qərarlaşıb.
Sonrakı pillələrdə 5 faiz nəticə ilə "ASUS” və "Acer” (4,9 faiz) istehsalçıları yer alıb.
Reytinqdə ən yaxşı istehsalçılar üçlüyünə "Apple”, "Samsung” və "Microsoft” şirkətləri daxildir.
Ən etibarlı məhsullar kimi "Microsoft” korporasiyasının "Windows 10” sistemli kompüterləri və "Apple” qurğuları qeyd olunur.(qafqazinfo)