Kompüterdə oynayaraq milyonlar qazanan 10 məşhur - FOTOLAR

Kompüterdə oynayaraq milyonlar qazanan 10 məşhur -  FOTOLAR
Saatlarla video oyunları oynamaq bəzən  sizi milyoner edə bilər. Bu sahədə təşkil edilən saysız turnirlər,  sponsorluq müqavilələri və qurulan komandalar sayəsində, əgər həqiqətən yaxşı oyunçusunuzsa, milyonlar qazanmağınız mümkündür.

1. Carlos Rodriguez

24 yaşlı Carlos Rodriguez professional bir  “League of Legends” oyunçusudur. O,  ispan qəzetinə verdiyi müsahibədə illik gəlirinin 950,000 dollar olduğunu açıqladı. Bu gəlirin başlıca mənbəyi ; turnir mükafatları, reklam gəlirləri, sponsorluq müqavilələri, maaşıdır.

2. Johnathan Wendel

"Fatal1ty" oyun dünyasında tanınan bir addır. 1999-ci ildə professional aktyorluğa başlayan Wendel Cyberathlete “Professional League Doom3”,” Alien” ,”Predator 2 “ və “Painkiller” kimi oyunlarda müvəffəqiyyət qazanmışdır.

13 il boyunca professional bir oyunçu tərəfindən qazanılan ən yüksək məbləği qazanaraq (35 turnirdə 455,000 dollar) bu sahədə tarixə düşüb. “Fatal1ty Gaming Gear” adlı bir şirkəti olan Wendelin bu ana qədər  nə qədər qazandığı dəqiq məlum deyil.

 

3. Jae Ho Jang

Cənubi Koreyalı Jae Ho Jang professional bir “Warcraft 3” oyunçusudur. Turnirlərdə qazandığı pulun ümumi miqdarı 443,618 dollardır. 2009-ci ildə “WeMadeFox” adlı professional oyun komandası ilə imzaladığı razılaşma üçün isə 500,000 dollar qazanıb.

 

4. Lee Yun-Yeol

Cənubi Koreyalı Lee Yun-Yeol məşhur “StarCraft” oyunçularından biridir. 2007-ci ildə “WeMadeFox” ilə 690,000 dollarlıq müqavilə imzalayıb. 247,761 dollar isə turnir gəlirlərindən qazanılır . Daha sonra “complexity” adlı oyun komandası ilə də müqavilə imzalayan Lee Yun-Yeol 2012-ci ildə aktyorluğu buraxıb əsgərliyə gedib.

5. NewBee Komandası

“Newbee eSports Club”  üzvləri ilə tanış olun; Chen "Hao" Zhihao, Zhang "Mu" Pang, Zhang "xiao8" Ning, Jiao "Muz" Wang və Zhaohui "Sansheng" Wang. Bu komanda  2014-cü ildə  4 yarışmadan 5 milyon dollar qazanaraq “Dota 2” oyunu sahəsində   “Guinness Rekordlar Kitabına” düşüb. Alınan pul mükafatları və keçmiş turnirlər  qrupun hər bir üzvünə  1 milyon dollardan daha çox qazandırıb.

6. Lee Jae Dong

Dünyanın ən çox qazanan oyunçusu olma şərəfi 2013-ci ilə qədər Johnathan Wendele aid olub. Keçən il Lee Jae Dong Wendelin ümumi qazanılan mükafat miqdarını keçib 489,384 dollar qazanaraq bu sahədə dünya birincisi olub.

7. Danil Ishutin

“NewBee” komandasını bir kənara buraxsaq Danil  dünyanın ən yaxşı “Dota 2” oyunçusudur. 24 yaşlı Ukraynalı  professional aktyorluğa 2008-ci ildə başlayıb və hazırda” Natus Vincere” komandası üçün oynayır. Toplam qazancı 573,147 dollar olan Danil “Free to Play "adlı sənədli filmdə rol alıb.

8. Felix Kjellberg

Aktyorluq dünyasındakı sərt rəqabəti xaricində oyun videoları çəkib, insanları oyun oynamağa təşviq edən 24 yaşlı İsveçlinin həddindən artıq məşhur bir youtube kanalı var. Bu işə 2010-ci ildə başlayan Kjellbergin 31 milyon izləyicisi var və hər videosu ən az 6 milyon dəfə  izlənilir. Felixin illik qazancı isə 4 milyon dollardır.

9. Katherine Gunn

Dünyanın ən məşhur qadın oyunçularından biri olan Katherine Gunn “Dead or Alive 4”və “HaloReach” oyunlarıyla maraqlanır. Yalnız 3 turnirdən 122,000 dollar qazanan Gunn “ SyFy reality WCG Ultimate Gamer”  yarışmasını qazanan ilk qadın olaraq  estafeti  əlində saxlayır. O bu  yarışmadan 100,000 dollar qazanıb.

10. Sasha Hostyn

Kanada doğulan Sasha dünyanın ən yaxşı  “Starcraft” oyunçusudur.

21 yaşlı transseksual qadın olan Hostyn ümumilikdə 105,000 dollar mükafat qazanıb.(atv.az)

Sfera.az 

Carlos

 

Johnathan
Jae
Lee
NewBee
Lee
Danil
Katherine
Sasha

OXŞAR XƏBƏRLƏR

""Kömək elə" sözünü eşitdik, getdik, gördük ki..." - Qətlə yetirilən ər və arvadın qonşusu

"Biz neçə ildir burada qonşuyuq. Onlar çox mehriban insanlardır. Oğlan da sakit uşaqdır. Birdən-birə niyə belə oldu bilmirik. Biz də birdən "kömək elə...

“ASAN xidmət” BMT ilə yeni layihəyə BAŞLAYIR - FOTO

Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“ASAN xidmət”) BMT ilə yeni layihəyə başlayır. &...

BDU-nun tələbəsi VƏFAT ETDİ - FOTO

Xırdalanda 21 yaşlı oğlanın evdə asılmış meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, hadisə Xırdalandakı yaşayış kompleksində qeydə alınıb. 2003-ci...

Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri vəzifəsinin icrasına BAŞLADI

  Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.    Sfera.az-ın xəbərinə görə, tür...

Dünyanın ən xoşbəxt insanlarının yaşadığı Şərq ölkəsi: Hətta Xoşbəxtlik Nazirliyi də var

Hindistan və Çin arasında yerləşən bu əsrarəngiz və mənzərəli ölkə 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün tələb olunan çoxsaylı rəsmiləşdirmələrdən...

Həyat uğrunda mübarizə aparmaq əvəzinə Evtanaziyanı seçmək

Həyat həmişə xoş sürprizlərdən ibarət olmur. Ağrı, kədər, hətta ölüm də yaşadığımız bu həyatın bir hissəsidir.   Sağlam olduğumuz müddətcə, hər şeyin...