Kommunist lider həyat yoldaşını döydü və o Azərbaycana qaçdı

Kommunist lider həyat yoldaşını döydü və o Azərbaycana qaçdı
Qalmaqallı müxalifətçi, "Rusiya Kommunistləri" Partiyasının Yuqra bölməsinin birinci katibi, xanımı tərəfindən atılmış tək üç uşaq atası, ictimai fəal Vadim Abdürrəhmanov keçən il himayə orqanlarının diqqətinə düşüb və indi məmurlar onun valideyn hüquqlarını məhdudlaşdırıblar.
Bu barədə "Federal Mətbuat” nəşri xəbər yayıb.
 
Qəzetin müxbiri Vadimin keçmiş həyat yoldaşı Məhsəti Əbdürrəhmanova ilə söhbət edib. O, əvvəlki həyat yoldaşı ilə necə yaşadıqları, nə üçün Azərbaycanda gizlətmək məcburiyyətində qaldığı və uşaqların hüquqlarını necə bərpa edəcəyi barədə danışıb.
Nəşrin müxbiri Məhsəti Abdürrəhmanova ilə Surqutdakı azərbaycanlı diasporu rəhbərinin müavini və Surqut fəalının keçmiş həyat yoldaşının maraqlarını təmsil edən Amil Abbasov ilə Surgut Vəkillər Kollegiyası sədrinin ofisində görüşüb.
Məhsəti kədərli gözləri olan gözəl, gənc, açıq fikirli bir qızdır. O, bütün gücünü toplayaraq keçmiş əri ilə həyatı haqda danışıb. Bildirib ki, indi öz uşaqlarını, hansı ki, Vadim Abdürrəhmanov onu, Azərbaycanda öz yaxınlarına sığındıqdan sonra bu hüquqdan birtərəfli qaydada məhrum etdirib, geri qaytarmaq üçün hər şeyi etməyə hazırdır,
 
Məhsəti Əbdürrəhmanova hər şeyin tibb kolleci məzunu olduqdan sonra razılığı olmadan 20 yaşında ərə verildiyi zaman başladığını söyləyib. Vadim yaşda ondan xeyli böyük olub. O özü kiçik Azərbaycan kəndindəndir, harada ki, xalq ənənələri çox güclüdür, – o, böyüyə, kişiyə qulaq asmağa öyrəşib",-deyə məqalədə bildirilir.
Məhsəti təxminən yeddi il nikahda olub. Dediyinə görə, köhnə əri onu döyürmüş. Qeyd etməyə müvəffəq olduğu döyülmə faktlarına görə o, polisə şikayəti verib. Bu sənədin surətləri, həmçinin tibbi müayinə barədə sənəd Rusiya nəşrinə təqdim olunub.
 
Polisdə Məhsəti Əbdürrəhmanovaya sahə müvəkkilinə müraciət etməyi məsləhət görüblər, hansı ki, onu Surqutun mərkəzində yerləşən sosial köməyə ehtiyacı olanlar üçün "Aprel" mərkəzinə yerləşdirməyə kömək etmişdi. Mərkəzdə qalma müddəti başa çatdıqdan sonra Məhsəti uşaqlarını geri qaytarmağa hazırlaşmaq üçün Azərbaycana yola düşüb.
O, psixoloji reabilitasiya kursu keçdiyini və uşaq bağçasında daimi işə düzəldiyini söyləyib.
 
"Hər gün, namaz qılarkən dua edirdim ki, uşaqlar mənə qaytarılsın", - deyə qadın ürək ağrısını paylaşıb.
Ancaq, Məhsətinin sözlərinə görə, 2018-ci ilin dekabrında o, KİV-dən valideyn hüquqlarından məhrum edildiyini öyrənib.
Himayə orqanları məktəbdən daxil olan xəbərdən sonra uşaqlarla vəziyyətə diqqət yönəldib. Onda uşaqları müvəqqəti saxlama mərkəzinə yerləşdiriblər.
 
Bu haqda öyrənən Məhsəti Azərbaycanın diaspora ilə iş üzrə müvafiq orqanına müraciət edib, hansı ki, öz növbəsində o da Surqut diasporu ilə əlaqə saxlayıb.
Qadına Surquta qayıtmağa kömək ediblər. İndi o, öz uşaqlarını qaytarmaq üçün hər şeyi etməyə hazırdır.
Məhsəti Abdürrəhmanova Surqut şəhər məhkəməsində uşaqlara olan hüquqlarını bərpa etmək üçün iddia qaldırıb.
Surqut üzrə Vəkillər Gildiyası Rəyasət Heyətinin sədri Amil Abbasov vəziyyəti şərh edərək qeyd edib ki, Məhsəti nikahda olduğu müddətdə daim qorxuda olub.
 
Vəkilin sözlərinə görə, Abdürrəhmanovlar ailəsinə qarşı zorakılığın sübutu kimi polis tərəfindən qeydə alınan çağırışlar və döyülmələr olduqca faydalıdır.
 
Vadim Abdürrəhmanov siyasi və etiraz tədbirlərində fəaldır. O, "Rusiya Kommunistləri" müxalifət partiyasının Yuqra bölməsinin birinci katibidir.
Keçən ilin sonunda himayə orqanları məhkəməyə Abdürrəhmanovun valideyn hüquqlarını məhdudlaşdırmaqla bağlı müraciət ediblər. Onun himayəsində üç azyaşlı uçaq var.
 
1 dekabr 2018-ci ildə onlar atanın ailədə qəddar rəftarı ilə əlaqədar sosial bərpaya ehtiyacı olanlar kimi müvəqqəti qalma müəssisələrinə yerləşdiriliblər.
 
Mayın 6-da Surqut şəhər məhkəməsi Vadim Abdürrəhmanovun və onun uşaqlarının işi üzrə qərar çıxarıb. Çoxuşaqlı atanın valideyn hüquqlarını məhdudlaşdırıb və uşaqları saxlanılmaları üçün Surqut administrasiyasının himayəsi altına verib.
Məhkəmədə bir sıra şahidlərin və ekspertlərin çıxışları dinlənilib. Yeri gəlmişkən, Surqutun psixo-nevroloji xəstəxanasının mütəxəssisi Liliya Kostivinanın bildirdiyinə görə, Abdürrəhmanov ruhi xəstəlikdən əziyyət çəkir. Digər şahidlər də, həmçinin, bildiriblər ki, uşaqları şübhəli ilə tək qoymaq təhlükəsiz deyil.
Virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Venesiya Biennalesində Azərbaycan pavilyonunun açılışı oldu - FOTO

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyi və ölkəmizin İtaliyadakı Səfirliyinin dəstəyi ilə aprelin 19-da 60-cı Venesiya Biennalesi...

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb.   Sfera.az xəbər v...

Bu il Azərbaycanda 5 günəş elektrik stansiyası tikiləcək

Bu il Azərbaycanda ümumi gücü 1300 MVt olan daha 5 günəş-külək stansiyasının inşasına başlanacaq.   Bu barədə Sfera.az-a Energetika Nazirliyindən bil...

Yaponiyada həkimlər "Google"u məhkəməyə verdilər - SƏBƏB

Yaponiyada həkimlər Google-u klinikaları haqqında pis şərhlərə müdaxilə etmədiyi üçün məhkəməyə veriblər. Sfera.az xəbər verir ki, 63 həkim cümə axşamı T...

Buraxılış imtahanının nəticələri elan olundu

Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə 2024-cü il martın 17-də keçirilən buraxılış imtahanının nəticələri elan olunub.   Sfera.az xəbər verir ki,...

16 kənddə qaz olmayacaq

Aprelin 22-si Masallı rayonunun 16 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.   Sfera.az-ın məlumatına görə, Masallı rayonu ərazisində ...