Cəmİyyət
İqtİsadİyyat

"Kommunal xərclər kommendantlar tərəfindən süni şəkildə artırılır" – Vüqar Bayramov

"Uzun müddətdir ki, kommunal xərclərin tənzimlənməsi ilə bağlı müzakirələr davam edir. Ötən il parlamentdə də bu istiqamətdə müzakirələr aparılıb”. 
 
İqtisadçı-alim Vüqar Bayramov Sfera.az-a açıqlamasında yeni tikililərdə kommunal xərclərin yüksək olması haqda danışarkən belə deyib:

"Bakının eyni rayonunda olan və bənzər xidmətlər göstərən tikinti şirkətlərinin kommunal qiymətləri bir-birindən fərqlənir. Bu cür tikililərdə kommunal xərclərlə bağlı qiymət tavanının müəyyənləşməsini təklif edirik. Dövlət tərəfindən rəsmi standartlar müəyyənləşsə, kommendantlar tərəfindən süni şəkildə kommunal xərclərin artırılması həyata keçirilməz”. 

İqtisadçının sözlərinə görə, bu gün yeni tikililərdə hər bir kommendant öz istəyinə uyğun olaraq qiymət müəyyənləşdirir: 

"Belə olan halda isə vətəndaş öz şəxsi evində kirayə pulundan daha çox vəsait xərcləyərək qalmalı olur. Bununla yanaşı differensial tariflərin müəyyənləşməsinə ehtiyac var. Məsələn, aşağı mərtəbədə yaşayan sakin liftdən istifadə etməsə də, yuxarı mərtəbə sakinləri ilə eyni pulu ödəmiş olur”.
 
Nigar Məhərrəm
Sfera.az
AdRiver

XƏBƏR LENTİ