Kommunal güzəştlər hansı formada olacaq? – MASA ÜZƏRİNDƏ BİR NEÇƏ VARİANT VAR

Kommunal güzəştlər hansı formada olacaq? – MASA ÜZƏRİNDƏ BİR NEÇƏ VARİANT VAR

Rusiyada koronavirus səbəbiylə tətbiq olunan karantin müddəti ərzində əhalinin kommunal ödənişlərdən azad olunması təklif edilib. Təklifi verənlər əsas arqument kimi sahibkarlıq fəaliyyətinin məhdudlaşmasını, əhalinin gəlirlərinin azalmasını göstəriblər. Belə bir şəraitdə əhalinin mənzillərdə daha çox vaxt keçirəcəyini və bu səbəbdən kommunal xidmətlərdən daha çox istifadə edəcəyini düşünərək yaranan izafi xərclərə gərə dövlətdən güzəşt istəyiblər.


Sfera.az xatırladıq ki, oxşar vəziyyət Azərbaycanda da müşahidə edilir. Ölkəmizdə xüsusi karantin rejimi ilə əlaqədar olaraq əhalinin işgüzar fəaliyyəti aşağı düşdüyünə görə onların gəlirlərində azalma baş verib. Eynilə qeyri-iş günlərinin sayı artırıldığından insanlar evlərində daha çox vaxt keçirməli və bununla əlaqədar olaraq sudan, elektrikdən və təbii qazdan daha çox istifadə etməyə məcburdurlar.

 

Hökumətdə koronavirus epidemiyasının biznes sektoruna və əhaliyə dəyən zərərini kompensasiya etmək məqsədilə bir neçə işçi qrupu yaradılıb. Həmin işçi qruplarında aidiyyatı dövlət qurumlarının rəhbər şəxsləri təmsil edilir. Azərbaycanda əhalinin karantin dövründə daha çox maddi zərərə uğramaması üçün bir sıra zəruri xərclərdən, o cümlədən kommunal xərclərin bir hissəsindən azad edilməsi tövsiyə edilir.

 

Bir müddət öncə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov verdiyi açıqlamasında bildirib ki, aprelin əvvəlində əhaliyə ediləcək güzəştlərlə bağlı təkliflər açıqlanacaq. Onun sözlərinə görə, əhaliyyə güzəştlərlə bağlı məsələ işçi qrupunda müzakirə mərhələsindədir. İ.Məmmədov bildirib ki, əhalinin itkilərini minimallaşdırmaq əsas prinsiplərdən biridir.


Bəs, dövlətin əhalini kommunal xidmətlərdən tam və ya qismən azad etməsi mümkündürmü? Bunun üçün nə qədər vəsait tələb edilir?

Kommunal xidmətlər dedikdə, su təchizatı, qaz və istilik təchizatı, kanalizasiya və çirkab suların təmizlənməsi, eyni zamanda elektrik enerjisi ilə təchizat başa düşülür. İndiki dövrdə əhali üçün ən vacib olan kommunal xərclər elektrik enerjisi, qaz və su təchizatından istifadəyə görə ödənişlərdir.

Ölkə əhalisinin demək olar ki, hamısı elektrik enerjisi ilə təmin olunub. Əhalinin 90 faizi təbii qazla, təxminən 80-82 faizi su ilə, 30-40 faizi isə kanalizasiya sistemi təmin edilmiş vəziyyətdədir.

 

Dövlət Statistika Komitəsinin məlumatına görə əhali il ərzində daha çox pulu elektrik enerjisinin istifadəsinə xərcləyir. 2019-cu ilin yanvarın 1-nə olan məlumata əsasən əhali bir ildə 6,7 milyard kVt/saat elektrik enerjisi istehlak edib. Əhaliyə satılan elektrik enerjisinin qiyməti limitlə birgə 9 qəpikdən hesabladıqda bu qədər elektik enerjisinin dəyəri 603 milyon manat edir. Bir aylıq sərfiyyat üzrə əhalinin elektrik enerjisinə xərci isə orta hesabla 50,25 milyon manatdır.

 

Əhalinin təbii qaza xərclədiyi vəsait də çoxdur. 2019-cu ilin yanvarın 1-nə olan məlumata əsasən, əhalinin illik təbii qaz istehlakı 3,055 milyard kub metr olub. Qazdan istifadəyə görə tətbiq edilən limiti nəzərə almasaq, əhaliyə qazın hər kub metri 10 qəpikdən satılır. Bununla əhali qaz istehlakına bir ildə ən azı 305,5 milyon manat, bir ayda 25,5 milyon manat xərcləyib.

 

Əhalinin kommunal xərclərində üçüncü ən böyük paya su təchizatından istifadə dayanır. Azərbaycanda su ilə təchiz olunan əhali abonentlərinin sayı 1,8 milyondur. Onların hər biri ay ərzində orta hesabla 11 ton su istehlak edir. Bu, ümumilikdə 20 milyon kubmetr sudur. Bu qədər suyun dəyəri 7 milyon manatdır.

 

Əhalinin kanalizasiya və çirkli suyun təmizlənməsinə xərclədiyi pul da nəzərə alınarsa ailələr bir ayda su və kanalizasiya xərclərinə 10 milyon manat ödəyir.

Elektrik enerjisi, təbii qaz, su və kanalizasiya xidmətlərinə çəkilən xərcləri ümumiləşdirsək əhalinin aylıq kommunal xərcləri 85 milyon manatı ötür.

Ölkəmizdə martın 14-dən xüsusi karantin rejimi tətbiq edilir və mövcud vəziyyət göstərir ki, karantin rejimi ən azı may ayına qədər davam edəcək. Epidemioloqların proqnozuna görə isə ölkəmizdə koronavurusun yayılması riskinin tam aradan qalxması üçün ən azı yay aylarına qədər gözləmək lazımdır. Bu minvalla karantin rejiminin iyul ayına qədər davam etməsi mümkündür. Deməli, əhali ən azı 3 ay xüsusi karantin şəraitində yaşamağa məcbur qalacaq.

Bu dövrdə əhalinin maddi vəziyyətinə daha çox ziyan dəyməməsi və izafi xərcləri kompensasiya etmək məqsədilə dövlət əhalinin 3 aylıq, yəni 257 milyon manatlıq kommunal xərclərinin bir hissəsindən azad etməlidir. Belə bir güzəşt tətbiq edilərsə, bu, əhalinin xərclərini azaldar, onun alıcılıq qabiləyyətinin yüksəlməsinə kömək etmiş olar.

 

 

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

""Tu-22M3" təyyarəsinin ekipajı qızıldan da dəyərlidir" – Hərbi ekspert

““Tu-22M3” bombardmançı təyyarəsinin ekipajı qızıldan da “dəyərlidir”. Buna görə də qəza halında onların xilas edilməsinə xüsusi ö...

Kazemiro "Real"-"Siti" matçını ŞƏRH ETDİ: "Əziyyət çəkdim" 

“Mançester Yunayted”in braziliyalı yarımmüdafiəçisi Kazemiro “Mançester Siti” – “Real Madrid” matçının nəticəsindən ra...

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil HƏDİYYƏ ETDİ - FOTO/VİDEO

Aparıcı və xeyriyyəçi Hacı Nuran Məmmədov türkiyəli aktyor və müğənni Halil İbrahim Kalaycıoğluna bahalı hədiyyə edib.    Sfera.az bizim.me...

BŞT Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə MÜRACİƏT ETDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) fəaliyyəti dayandırılacaq Bakı Fransız Liseyində təhsil alan şagirdlərin valideynlərinə müraciət edib.  ...

AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına ÜZV OLDU

Heydər Əliyev Beynəlxalq Aeroportu hava limanları operatorlarının yeganə qlobal təşkilatı olan Avropa Beynəlxalq Hava Limanları Şurasının (Airports Council Inte...

Kloppdan Salahla bağlı AÇIQLAMA: "Son vaxtlar onun..."

"Liverpul"un baş məşqçisi Yurgen Klopp "qırmızılar"ın hücumçusu Məhəmməd Salahın hazırkı vəziyyəti barədə danışıb.   Sfera....