“Kommersant”ın müsahibləri: Əliyev və Sarkisyan əl sıxacaqlarmı?

“Kommersant”ın müsahibləri: Əliyev və Sarkisyan əl sıxacaqlarmı?

 

Azərbaycan və Ermənistan Dağlıq Qarabağda münaqişənin tənzimlənməsi variantlarını müzakirə edəcəklər. Vyanada hər iki ölkənin prezidentləri İlham Əliyev və Serj Sarkisyan görüşəcəklər.

Oxu.Az xəbər verir ki, danışıqlarda həmçinin ABŞ dövlət katibi Con Kerri, Rusiya və Fransanın XİN rəhbərləri Sergey Lavrov və Jan-Mark Eyroiştirak edəcəklər. Daha öncə diplomatlar birgə bəyanatla çıxış ediblər.

Rusiyanın "Kommersant” qəzetinin yazdığına görə, onların fikrincə, Bakı və Yerevan arasında dialoq vacibdir. Bu, "atəşkəs rejimini möhkəmləndirmək və etibarın möhkəmləndirilməsinə dair tədbirlər üzrə razılığa gəlmək üçün” lazımdır.

Əliyev və Sarkisyan Moskva, Paris və Vaşinqtonun fikirlərini dinləməlidirlər, MDB ölkələri institutunun direktor müavini Vladimir Jarixin qeyd edib.

"Bu görüş Dağlıq Qarabağ ətrafında vəziyyətin danışıqlar çərçivəsində inkişaf etməsinə Rusiya və ABŞ-ın can atmasını təsdiqləyir. Onlar Minsk qrupunun həmsədrlərinin nüfuzunu başa düşürlər və ona görə də Minsk qrupunun nümayəndələri ilə danışılmamış hansısa addımı atmağa, çətin ki hazır olsunlar. Həm bu, həm də digər tərəfin arqumentlərinə düşünürəm ki, qulaq asmaq lazım gələcək”, - Jarixin bildirib.

Dağlıq Qarabağda vəziyyət 2016-cı ilin aprel ayının 2-də kəskin şəkildə gərginləşdi.

Əliyev və Sarkisyan görüşündən çox şey gözləmək lazım deyil, belə ki, Bakı və Yerevan arasında münaqişənin əsasında uzun illər boyu sürən fikir ayrılığı durur, Milli strategiya üzrə Müşavirənin baş direktoru Valeri Xomyakov bundan əmindir.

"Hansısa qaydanı gözləmək çox çətindir, amma görüşlər mütəmadi olarsa, bu uzun sürə bilər. İki prezidentin görüşməsi çox vacibdir. Görək bir-biri ilə necə ünsiyyət quracaqlar, əl sıxacaqlar və s. bu detallar bəzən çox şeyi göstərir.

İlk addım, onun necə keçəcəyindən bu gərginliklərin aradan qaldırılması üçün müəyyən baza yarada bilər. Bu həm ABŞ, həm də Rusiyanın Dağlıq Qarabağ məsələsinin həllinə vahid yanaşma nümayiş etdirmələri üçün yaxşı səbəbdir”, - Xomyakov bildirib.

İlk növbədə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində Moskva və Vaşinqton maraqlıdır, bunu beynəlxalq humanitar-siyasi tədqiqatlar institutunun eksperti Vladimir Bruter qeyd edib.

"Qarşıdurmaların dayandırılması üçün əsas var. Siyasi tənzimlənməyə gəldikdə isə o, əlbəttə ki, 10, 15 və 20 il əvvəl olduğu kimi yenə də uzaqdır. Bu, nəhəng oyunçular üçün çətinlik yarada bilər, belə ki, Suriyada baş verənlərə erməni-Azərbaycan münaqişəsi də əlavə oluna bilər. Bu arzuolunmazdır və baş verdikdə domino effektinə təhrik edə bilər. Tərəflər ilk olaraq bundan qaçınmağa çalışırlar”, - "Komersant FM”ə Bruter izah edib.

Ümumrusiya ictimai fikrin öyrənilməsi mərkəzinin məlumatına görə, rusiyalıların 70%-i Dağlıq Qarabağ münaqişəsinin tənizmlənməsinin dinc yolla mümkün olduğunu hesab edir.

Bununla yanaşı sorğuda iştirak edənlərin 40%-i, Rusiyanın prosesdə vasitəçi kimi çıxış etməli olduğunu düşünür.


OXŞAR XƏBƏRLƏR

Rusiyalı ekspert: "Sülhməramlıların çıxarılması Qarabağ məsələsinin birdəfəlik bağlandığı tarixdir"

“Qarabağdakı Rusiya Sülhməramlı Kontingentinin vaxtından əvvəl çıxarılması barədə Rusiya ilə Azərbaycan arasında razılaşma onu göstərir ki, Moskva-Bakı mü...

Qubad İbadoğlu ilə bağlı yekun ittiham aktı ELAN EDİLDİ

Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlunun cinayət işi üzrə ibtidai istintaq yekunlaşır.   Bu barədə Sfera.az-a onun vəkili...

"Valideynlər "Məktəblinin dostu"ndan tam razıdırlar" - Azər Abizadə

"Aparılan sorğuya görə, valideynlər "Məktəblinin dostu"ndan (MD) tam razıdırlar". Sfera.az xəbər verir ki, bunu elm və təhsil nazirinin...

Rüstəm Ağayev "Məktəblinin dostu” layihəsinin məqsədini AÇIQLADI 

"“Məktəblinin dostu” layihəsinin məqsədi müəllim və şagirdlər üçün məktəbdə təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilkin tibbi, ...

Kreditlərinizi Kapital Bank-a gətirin nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

Kapital Bank-dan digər banklarda nağd kredit və kredit kartı olan müştərilərə müjdə!   Xəbər verdiyimiz kimi Kapital Bank digər banklarda kredit öhdə...

"Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir - FOTOLAR

Elm və Təhsil Nazirliyinin "Məktəblinin dostu" layihəsinin fəaliyyətinə dair tədbir keçirilir.   Sfera.az xəbər verir ki, tədbirdə elm və t...