Komitə sədri: \"Aşura mərasimi yüksək səviyyədə...\"

Komitə sədri: \

Aşura tədbirləri ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin fitvası var. Həmin fitvada irəli sürülən fikirlər bütün məscidlərdə həyata keçiriləcək.

Sfera.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Onun sözlərinə görə, Aşura mərasimləri yüksək səviyyədə, qanun çərçivəsində, fitvada irəli sürülən fikirlər çərçivəsində baş tutacaq.

Komitə sədri qeyd edib ki, Dövlət Komitəsinin respublikanın rayonlarında şöbələri, nümayəndələri var:

"Biz məscidlərdə vaxtaşırı monitorinqlər keçiririk. Bu cür monitorinqlər davam etdiriləcək. Təbii ki, bu monitorinqlərin məqsədi qanuna əməl edilib - edilməməsi haqqında məlumatlanmaqdır".

Mübariz Qurbanlı Bağdadda sığınacaqda saxlanılan azərbaycanlı uşaqlar ilə bağlı məsələyə münasibət bildirib:

"Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu barədə məlumatı var. Lakin başqa qurumların əməkdaşları tərəfindən tədbirlər görülür. Əminəm ki, bu tədbirlər öz nəticəsini verəcək".

Sfera.az 


OXŞAR XƏBƏRLƏR