Komitə popkorn satan uşaqla bağlı araşdırmalara BAŞLADI

Komitə popkorn satan uşaqla bağlı araşdırmalara BAŞLADI
 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində (AQUPDK) popkorn satan uşaqla bağlı araşdırmalara başlanılıb.

Bu barədə Unikal.org-a Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov məlumat verib.

O bildirib ki, hadisə ilə bağlı AQUPDK-ya müraciət olunub: 

"Bakı şəhəri ərazisində yeniyetmənin keçidlərin birində popkorn satması ilə bağlı müraciət daxil olub. Hazırda tərəfimizdən faktla bağlı araşdırmalara başlanılıb. Xidməti məlumat əsasında iş rəsmiləşdirilib. Araşdırmalardan sonra hadisənin bütün predmetləri məlum olacaq”. 

Elgün Səfərov  vurğulayıb ki, uşağı bu işə cəlb edən hasısa təşkilat və yaxud ailəsi müvafiq məhsuliyyətə cəlb ediləcəkdir:

"Bu yolverilməzdir. Uşaq təhsildən yayınmamalı, təhsil almalıdır. Əgər ailənin sosial problemi varsa onların məşğulluq problemi aradan qaldırılmalıdır. Daxili İşlər Nazirliyi və müvafiq qurumlar tərəfindən son bir ildə küçə tircarəti ilə məşğul olan 200-dən çox uşaq müəyyənləşdirilib. Onların ailələri və yaxud yaxınları cərimələnibdir”.

Qeyd edək ki, Milli Məclisin deputatı Rasim Musabəyovun paytaxtın yeraltı keçidlərindən birində popkorn satan uşaqla bağlı yazdığı status "Facebook”da kəskin müzakirə olunub. Musabəyov statusunda satıcı uşağı tənqid edib: "Azneft” meydanında yerləşən yeraltı keçiddə popkorn satıcısı həyasızcasına özünə yer edib və tüstüsü ilə ətrafı üfunət iyləndirib. İznsiz işləyir, dövlətin elektrikini pulsuz istifadə edir, vergi ödəmir”.


OXŞAR XƏBƏRLƏR

Kim Kardaşyan süni intellektdən oğurluq etməkdə ittiham olunur - FOTO

Erməni əsilli Kim Kardaşyan özünün geyim markası “SKIMS”in reklamında rol alıb. Pərəstişkarları isə Kardaşyanın videonu yaratmaq üçün süni intellekt...

Bu yay üçün REKORD İSTİLİK gözlənilir

Berkli Kaliforniya Universitetinin iqlimşünasları qarşıdan gələn yayın temperatur və rütubət rekordlarını qıra biləcəyini proqnozlaşdırıblar. Araşdırmanın nətic...

Arzu etdiyi maşına görə avtosalonda barrikada qurdu

Argentinada bir kişi qeyri-adi piket keçirib.    Sfera.az bildirir ki, Abelardo Usandivaras adlı şəxs bir gün əvvəl beh verdiyi maşının ona veri...

Meymunun turistlərlə çəkdirdiyi selfi gündəm oldu - FOTO

İngilis turistlər Chloe və Craig Dennis İndoneziyanın Bali adasında tətildə olarkən rastlaşdıqları meymunun hərəkətindən şoka düşüblər.   Sfera.az bi...

Ağır xəstə olan Selin Dion çılpaq poza verdi - FOTO

Əzələ sərtliyi sindromu diaqnozu qoyulan Selin Dion səhnəyə qayıtmaq ümidini itirmir. 56 yaşlı kanadalı müğənni xəstəlik diaqnozu qoyulduqdan sonra ilk dəfə çək...

Qadının yaşına lağ etdi: Xəstəxanalıq oldu

Mançesterdə (Böyük Britaniya) 39 yaşlı Emmi Dodd gecə klublarının birində kişiyə hücum etdiyi üçün şərti cəza alıb. Hadisə ötən il sentyabrın 9-da baş versə də,...